Ulduz falı: 15 noyabr, 2026-cı il
14 Noyabr 2026, 21:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
442
14.09.2026, 17:03
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin alt qurumu olan Sərnişin Aviaşirkətinə baş icraçı direktor təyin edilib.
Oxu24.com səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, Mario Çavesdir.
O, aviaşirkətin növbəti inkişaf mərhələsinə rəhbərlik edəcək.
M.Çaves aviasiya sahəsində 30 ildən artıq peşəkar təcrübəyə malikdir. O, 2023-cü ildən "TAP Air Portugal" aviaşirkətində əməliyyatlar üzrə baş direktor vəzifəsində çalışıb, bundan əvvəl "Portugalia Airlines" şirkətində baş icraçı direktor, "Grupo SATA" şirkətində əməliyyatlar və kommersiya üzrə baş direktor, "Cabo Verde Airlines" şirkətində isə baş icraçı direktor vəzifəsini müvəqqəti icra edib, daha sonra korporativ işlər üzrə baş direktor olub.
M.Çaves, aviasiya sahəsində karyerasına 1995-ci ildə başlayıb, 1998-ci ildə isə "TAP Air Portugal" şirkətində pilot kimi fəaliyyətə başlayıb. Daha sonra "IATA"nın baş qərargahında uçuş əməliyyatları, o cümlədən tənzimləmə və səmərəlilik istiqamətləri üzrə yüksək vəzifələrdə çalışıb və müxtəlif beynəlxalq aviaşirkətlərdə rəhbər vəzifələr tutub. Yeni rəhbərin aviaşirkətlərin əməliyyatları və kommersiya idarəçiliyi sahəsində, həmçinin yüksək rəhbər vəzifələrdə qazandığı geniş beynəlxalq təcrübə aviaşirkətin genişlənmə strategiyasına mühüm töhfə verəcək.
Bu təyinat AZAL-ın davamlı inkişaf, əməliyyat səmərəliliyinin artırılması və xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətinin, eləcə də qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinin davamıdır.
21:55 / 14 Noyabr 2026
64
21:32 / 14 Noyabr 2026
85
21:22 / 14 Noyabr 2026
106
21:11 / 14 Noyabr 2026
463
21:04 / 14 Noyabr 2026
403
21:02 / 14 Noyabr 2026
94
20:56 / 14 Noyabr 2026
176
20:50 / 14 Noyabr 2026
105
20:38 / 14 Noyabr 2026
105
20:23 / 14 Noyabr 2026
1006
19:54 / 14 Noyabr 2026
101
19:50 / 14 Noyabr 2026
105
19:36 / 14 Noyabr 2026
1665
19:15 / 14 Noyabr 2026
139
19:12 / 14 Noyabr 2026
133
19:05 / 14 Noyabr 2026
124
18:50 / 14 Noyabr 2026
134
18:43 / 14 Noyabr 2026
140
18:21 / 14 Noyabr 2026
918
18:09 / 14 Noyabr 2026
149
18:06 / 14 Noyabr 2026
583
18:03 / 14 Noyabr 2026
124
17:18 / 14 Noyabr 2026
241
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.