Gələn il pensiyalar belə artırılacaq - Deputat açıqladı
14 Noyabr 2026, 18:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
310
14.09.2026, 16:35
Son 15 il ərzində 140-dan çox ölkənin Azərbaycanın humanitar yardımından yararlanması ölkəmizin qlobal miqyasda həyata keçirdiyi humanitar siyasətin geniş miqyasını və ardıcıllığını nümayiş etdirir. Azərbaycan dövləti mövcud iqtisadi imkanları çərçivəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək dünyanın müxtəlif bölgələrində baş verən təbii fəlakətlər, münaqişələr və humanitar böhranlar zamanı zərərçəkən insanlara təmənnasız dəstək göstərir. Bu fəaliyyət Azərbaycanın yalnız regional səviyyədə deyil, həm də beynəlxalq miqyasda etibarlı, məsuliyyətli və həmrəylik prinsiplərinə sadiq tərəfdaş kimi mövqeyini gücləndirir. Xarici siyasətin mühüm tərkib hissəsi olan humanitar diplomatiya ölkənin beynəlxalq imicinin müsbət istiqamətdə formalaşmasına və digər dövlətlərlə ikitərəfli əlaqələrin dərinləşməsinə xidmət edir.
Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, humanitar sahə Azərbaycan dövlətinin siyasətinin təməlini təşkil edən əsas aspektlərdəndir:
"Humanitar sahə Azərbaycan dövlətinin siyasi mahiyyətinin təməlini təşkil edən aspektlərdəndir və təbii ki, bunun çoxsaylı səbəbləri var. İlk növbədə, Azərbaycan Qoşulmama Hərəkatının məsuliyyətli üzvü kimi, istər təbii fəlakətlər, istər münaqişələr və müharibələr zamanı öz üzərinə düşən vəzifəni ən yüksək səviyyədə və layiqincə yerinə yetirir”.
Deputat əlavə edib ki, Azərbaycanın özünün keçmişdə üzləşdiyi 1 milyonluq məcburi köçkün və qaçqın problemi, eləcə də bu problemlərin öhdəsindən gəlmək məcburiyyətində qalması ölkəmizin bu məsələlərə həssas yanaşmasının əsas səbəblərindən biridir:
"Digər mühüm aspekt isə Azərbaycanın özünün çətin zamanlardan keçdiyi, 1 milyon məcburi köçkün və qaçqının problemləri ilə qarşı-qarşıya qaldığı və bu problemlərin öhdəsindən gəlmək məcburiyyətində olduğu bir faktdır. Həmin zaman kəsiyində olduqca azsaylı ölkələr Azərbaycana yardım etməyə çalışırdılar və bu dəstək mahiyyət etibarilə ciddi dəstək deyildi”.
Elçin Mirzəbəyli vurğulayıb ki, ötən illər ərzində Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə də qlobal platformalarda humanitar missiyanın necə daşındığının şahidi olub:
"Azərbaycan beynəlxalq müstəvidə yürütdüyü siyasət, humanitar siyasət ölkənin beynəlxalq imicinə təsir göstərir və Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə də biz humanitar dövlətin humanitar mahiyyətinin qlobal platformalara necə daşındığının şahidi olmuşuq”.
Onun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatının məsuliyyətli üzvü kimi qlobal humanitar böhranlara operativ reaksiya verir. Ölkəmizin tarixi təcrübəsi, xüsusilə qaçqın və məcburi köçkün problemləri ilə təkbaşına mübarizə aparması humanitar yardımlara olan həssaslığı artırır. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan qlobal miqyasda humanitar həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr verib.
“Azərbaycanın humanitar sahədə həyata
keçirdiyi bu ardıcıl siyasət gələcəkdə də beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyini möhkəmləndirən əsas amillərdən biri olaraq qalacaqdır”,- deyə deputat qeyd edib.
Çimnaz Telmanqızı
18:09 / 14 Noyabr 2026
8
18:06 / 14 Noyabr 2026
289
18:03 / 14 Noyabr 2026
26
17:18 / 14 Noyabr 2026
120
17:15 / 14 Noyabr 2026
90
16:20 / 14 Noyabr 2026
105
16:05 / 14 Noyabr 2026
143
15:45 / 14 Noyabr 2026
112
15:27 / 14 Noyabr 2026
278
15:25 / 14 Noyabr 2026
121
15:07 / 14 Noyabr 2026
254
15:05 / 14 Noyabr 2026
134
14:44 / 14 Noyabr 2026
171
14:31 / 14 Noyabr 2026
122
14:24 / 14 Noyabr 2026
691
14:19 / 14 Noyabr 2026
121
14:15 / 14 Noyabr 2026
114
13:50 / 14 Noyabr 2026
3024
13:48 / 14 Noyabr 2026
147
13:16 / 14 Noyabr 2026
145
13:03 / 14 Noyabr 2026
121
12:49 / 14 Noyabr 2026
161
12:25 / 14 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.