Polislər nə qədər maaş alır? - DEPUTATDAN AÇIQLAMA
11 Noyabr 2026, 13:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7905
25.05.2026, 08:45
Jalə Əhməd qızı Qəribova Azərbaycan ali təhsil sistemində beynəlxalq əlaqələrin inkişafına mühüm töhfələr vermiş tanınmış alim və pedaqoqdur. O, hazırda Azərbaycan Dillər Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru vəzifəsində fəaliyyət göstərir.
Oxu24.com xəbər verir ki,1963-cü ildə Bakı şəhərində anadan olan Jalə Qəribova ilk təhsilini paytaxtdakı 190 saylı orta məktəbdə alıb. Daha sonra Bakı Musiqi Kollecində pianino müəllimliyi ixtisasını bitirib. 1982-1987-ci illərdə Azərbaycan Dillər Universitetində Xarici dil müəllimliyi (ingilis dili) üzrə ali təhsil alıb.
Elmi fəaliyyətini davam etdirən Jalə Qəribova 1990-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Linqvistika İnstitutunda “Türk dillərində kəmiyyət kateqoriyasının inkişafı” mövzusunda dissertasiya müdafiə edərək dilçilik üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
Əmək fəaliyyətinə müəllim kimi başlayan Jalə Qəribova müxtəlif ali təhsil müəssisələrində məsul vəzifələrdə çalışıb. O, Qərb Universitetində Xarici Dillər kafedrasının müdiri və daha sonra Elmi İşlər üzrə prorektor kimi fəaliyyət göstərərək beynəlxalq layihələrin həyata keçirilməsinə rəhbərlik edib.
2004-cü ildən etibarən Azərbaycan Dillər Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru olan Jalə Qəribova ali təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində bir sıra mühüm layihələrin müəllifidir. Onun təşəbbüsü ilə Azərbaycan universitetləri arasında ilk dəfə Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində qrant layihələri qazanılıb.
Jalə Qəribovanın fəaliyyəti dövründə Azərbaycan Dillər Universiteti xarici ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlıq əlaqələri qurub. Xüsusilə, Esseks Universiteti ilə birgə Azərbaycanda ilk ikili diplom layihəsi və Strasburq Universiteti ilə birgə ilk delokalizasiya layihəsi həyata keçirilib.
O, həmçinin Avropa Birliyi, Britaniya Şurası, Alman Akademik Mübadilə Təşkilatı (DAAD), Amerika Təhsil Şurası və TİKA kimi beynəlxalq qurumlarla sıx əməkdaşlıq çərçivəsində müxtəlif təhsil proqramlarının reallaşdırılmasına töhfə verib.
Sosiolinqvistika sahəsində də elmi fəaliyyətini davam etdirən Jalə Qəribova yerli və beynəlxalq akademik nəşrlərdə çap olunmuş 60-dan çox elmi məqalənin, 2 kitabın müəllifi və 3 kitabın həmmüəllifidir.
Onun uzunillik fəaliyyəti Azərbaycan ali təhsilinin beynəlxalq aləmdə tanınmasına və modernləşdirilməsinə mühüm töhfə kimi qiymətləndirilir.
Hazırladı: Vüsal Qarabağlı
13:54 / 11 Noyabr 2026
2
13:48 / 11 Noyabr 2026
23
13:44 / 11 Noyabr 2026
78
13:41 / 11 Noyabr 2026
33
13:33 / 11 Noyabr 2026
140
13:27 / 11 Noyabr 2026
84
13:19 / 11 Noyabr 2026
55
13:13 / 11 Noyabr 2026
64
12:57 / 11 Noyabr 2026
125
12:54 / 11 Noyabr 2026
120
12:48 / 11 Noyabr 2026
96
12:44 / 11 Noyabr 2026
145
12:35 / 11 Noyabr 2026
223
12:32 / 11 Noyabr 2026
104
12:29 / 11 Noyabr 2026
88
12:24 / 11 Noyabr 2026
641
12:19 / 11 Noyabr 2026
489
12:15 / 11 Noyabr 2026
106
12:09 / 11 Noyabr 2026
95
11:57 / 11 Noyabr 2026
697
11:50 / 11 Noyabr 2026
157
11:49 / 11 Noyabr 2026
220
11:43 / 11 Noyabr 2026
1512
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.