Qaynar xətt:

(+99450) 247 90 86

Putin əmr etdi: “Dərhal cavab verilsin” 

Putin əmr etdi: “Dərhal cavab verilsin” 

DÜNYA

225

23.05.2026, 19:44

Vladimir Putin Rusiyanın nəzarətində olan Luqansk vilayətinin Starobelsk şəhərindəki kollecə endirilən zərbəni terror aktı adlandırıb.

Oxu24.com  xəbər verir ki, prezident Rusiya Müdafiə Nazirliyinə mümkün cavab tədbirləri ilə bağlı təkliflər hazırlamağı tapşırıb.

“Kiyevdəki neonasist rejim Starobelsk Pedaqoji Kollecinin tələbə yataqxanasına terror zərbəsi endirib. Özüdə hücum gecə vaxtı, tələbələr yatarkən həyata keçirilib”, – deyə Putin bildirib.

Onun sözlərinə görə, zərbə nəticəsində 6 nəfər həlak olub, daha 39 nəfər yaralanıb, 15 nəfər isə itkin düşmüş hesab olunur. Hadisə yerində dağıntıların təmizlənməsi işləri davam edir.

Putin qeyd edib ki, zərbə təsadüfi olmayıb, çünki yataqxananın yaxınlığında hərbi təyinatlı obyektlər yoxdur.NOCOMMENT.az