Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri
14 Sentyabr 2026, 05:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7370
23.05.2026, 18:35
Azərbaycanda əməkhaqqı sistemində mümkün dəyişikliklərlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə maaşların aylıq deyil, hissə-hissə ödənilməsi ilə bağlı təkliflər cəmiyyətdə müxtəlif fikirlər yaradır. Bəzi mütəxəssislər bunun işçilərin gündəlik xərclərini daha rahat planlaşdırmasına kömək edəcəyini düşünsələr də, digərləri uzun illər aylıq maaş sisteminə uyğunlaşmış insanların büdcə idarəçiliyində çətinlik çəkə biləcəyini qeyd edirlər. Eyni zamanda, yeni sistemin bank əməliyyatlarından tutmuş kredit və kommunal ödənişlərə qədər bir çox sahəyə təsir göstərə biləcəyi bildirilir.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, bu yanaşma əhalinin həyat keyfiyyətində ciddi dəyişiklik yaradacaq addım deyil:
“Çünki burada insanların aylıq və ya həftəlik gəlirləri real ifadədə artmır. Sadəcə əmək haqqının ödəniş forması dəyişir. Yəni vətəndaş əvvəl aldığı məbləği yenə alacaq, sadəcə həmin vəsait ona hissə-hissə təqdim olunacaq. Bununla belə, dünya təcrübəsində oxşar yanaşmalar tətbiq olunur və bir sıra ölkələrdə əmək haqqının ay ərzində bir neçə dəfə ödənilməsi praktikasına rast gəlinir. Bu sistem müəyyən mənada ailələrin büdcə planlamasını daha rahat edə bilər. Xüsusilə də insanların pulla davranış modellərində tez-tez rast gəlinən irrasional qərarların və plansız xərcləmələrin müəyyən qədər qarşısını almağa kömək edə bilər. Məsələ ondadır ki, aylıq əmək haqqı toplu şəkildə əldə edildikdə və düzgün planlama aparılmadıqda, vəsait qısa müddətdə səmərəsiz istiqamətlərə xərclənə bilir. Nəticədə isə ayın qalan hissəsində vətəndaş borclanmağa məcbur qalır. Əmək haqqının iki və ya daha çox hissəyə bölünərək verilməsi isə qısamüddətli büdcə planlamasını nisbətən asanlaşdıra bilər. İnsanlar xərclərini daha mərhələli şəkildə idarə etməyə çalışar və bu da əlavə, düşünülməmiş xərclərin müəyyən qədər azalmasına səbəb ola bilər”.
O deyib ki, bu yanaşma gəlirin ay ərzində daha balanslı şəkildə istifadə olunmasına imkan yarada bilər:
“İnsanların qısamüddətli borclanma ehtiyacları azala, gündəlik maliyyə təzyiqi müəyyən qədər yüngülləşə bilər. Təbii ki, ilkin mərhələdə bəzi planlama çətinlikləri və uyğunlaşma problemləri yarana bilər. Amma orta və uzunmüddətli dövrdə vətəndaşlar bu sistemə uyğunlaşa bilərlər. Bu daha çox texniki xarakterli dəyişiklikdir. Müəyyən davranış modellərinin yenidən formalaşmasına, xərcləmə vərdişlərinin nizamlanmasına və qısamüddətli maliyyə idarəçiliyinin yaxşılaşmasına təsir göstərə bilər. Lakin bu yanaşma ailələrin gəlirlərinin real olaraq artması və ya ciddi sosial-iqtisadi keyfiyyət dəyişikliyi yaranması anlamına gəlmir”.
Qeyd edək ki, Beynəlxalq praktikada xüsusilə ABŞ və Böyük Britaniya kimi ölkələrdə həftəlik və ya iki həftədən bir həyata keçirilən ödəniş üsulları geniş yayılıb. Azərbaycanda bu keçidin mümkünlüyü həm də işəgötürənlərin mühasibatlıq yüklərini artıra bilər. Hər ay tək tərkibli sənədləşmə əvəzinə bir neçə dəfə əməliyyat aparmaq şirkətlərin bank xərclərini və inzibati işini çoxaldacaq. Digər tərəfdən, mövcud kredit sisteminin aylıq qrafiklər üzərində qurulması səbəbindən vətəndaşların daxil olan xırda məbləğləri toplayıb bank öhdəliklərini vaxtında bağlaması ilkin dövrdə ciddi adaptasiya dövrü tələb edəcək.
01:05 / 14 Sentyabr 2026
37
00:25 / 14 Sentyabr 2026
54
00:00 / 14 Sentyabr 2026
63
23:54 / 13 Sentyabr 2026
277
23:53 / 13 Sentyabr 2026
95
23:50 / 13 Sentyabr 2026
156
23:11 / 13 Sentyabr 2026
895
23:08 / 13 Sentyabr 2026
1382
22:51 / 13 Sentyabr 2026
197
22:45 / 13 Sentyabr 2026
101
22:34 / 13 Sentyabr 2026
94
22:31 / 13 Sentyabr 2026
2379
22:23 / 13 Sentyabr 2026
126
22:20 / 13 Sentyabr 2026
1904
22:17 / 13 Sentyabr 2026
68
22:05 / 13 Sentyabr 2026
113
22:03 / 13 Sentyabr 2026
67
21:58 / 13 Sentyabr 2026
85
21:46 / 13 Sentyabr 2026
240
21:42 / 13 Sentyabr 2026
84
21:11 / 13 Sentyabr 2026
299
20:54 / 13 Sentyabr 2026
97
20:45 / 13 Sentyabr 2026
1475
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.