İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026, 23:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
597
17.05.2026, 12:44
Azərbaycanda avtomobil bazarında müşahidə olunan dəyişikliklər həm alıcı davranışına, həm də qiymət siyasətinə birbaşa təsir göstərir. Bazarda yeni markaların və fərqli istehsalçıların sayının artması rəqabəti gücləndirsə də, müəyyən avtomobil modellərinə maraq hələ də yüksək olaraq qalır. Xüsusilə alıcıların etibarlılıq, uzunömürlülük və sonradan satış imkanlarına daha çox önəm verməsi bazardakı qiymət dinamikasını formalaşdıran əsas amillərdən biri hesab olunur.
Bu səbəbdən qiymət artımının tempi zəifləsə də, ümumi bahalaşma prosesi davam edir.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı avtomobil eksperti Razil Nağıyev Demokrat.az-a bildirib ki, Azərbaycanda avtomobil bazarında qiymət artımı tempinin zəifləməsinə baxmayaraq, bahalaşmanın davam etməsi əsasən bazardakı struktur dəyişiklikləri ilə bağlıdır:
"Son dövrlərdə Çin istehsalı olan avtomobillərin ölkəyə kütləvi şəkildə gətirilməsi nəticəsində bazarda təklif əhəmiyyətli dərəcədə artıb və bu da ümumi qiymət artımı tempinin zəifləməsinə təsir göstərib. Yəni bazarda avtomobil sayı artdığı üçün əvvəlki dövrlərlə müqayisədə qiymətlərin daha sürətlə yüksəlməsi dayanıb.
Lakin bununla yanaşı, müəyyən müddətdən sonra bəzi alıcıların Çin avtomobillərinin keyfiyyəti, uzunmüddətli istismarı və ikinci əl dəyərinin qorunması ilə bağlı gözləntilərinin tam qarşılanmadığını düşünməsi bazarda marağın nisbətən azalmasına səbəb olur. Bu səbəbdən alıcılar daha çox etibarlılığı sübut olunmuş ənənəvi markalara yönəlirlər".
Ekspert deyib ki, nəticə etibarilə, bazarda uzun illərdir formalaşmış modellərə tələb yüksək olaraq qalır:
"Tələb artdıqca həmin avtomobillərin qiymətləri də özünü bərpa edir və yüksək səviyyədə qalmağa davam edir. Bu proses ikinci əl avtomobil bazarında da özünü göstərir. İkinci əl avtomobillərə tələbin yüksək qalmasının əsas səbəblərindən biri isə alıcıların daha etibarlı və likvid hesab etdikləri avtomobillərə üstünlük verməsidir",- deyə o bildirib.
Ekspert əlavə edib ki, illərdir özünü doğrultmuş modellərə tələbatın yüksək olması onların qiymətini yenidən bərpa edir. Xüsusilə ikinci əl bazarında likvidliyi yüksək olan, yəni tez satılan və dəyərini itirməyən avtomobillərə üstünlük verilməsi ümumi bahalaşma prosesini qüvvədə saxlayır.
Yəni, bazarda ucuz və çox sayda yeni avtomobil olsa da, insanlar hələ də köhnə və sınaqdan keçmiş markalara daha çox güvənir, bu da həmin maşınların qiymətini baha saxlayır.
Həmçinin oxuyun
00:06 / 29 Sentyabr 2026
161
23:52 / 28 Sentyabr 2026
71
23:19 / 28 Sentyabr 2026
82
23:06 / 28 Sentyabr 2026
178
23:02 / 28 Sentyabr 2026
1429
22:58 / 28 Sentyabr 2026
79
22:51 / 28 Sentyabr 2026
64
22:40 / 28 Sentyabr 2026
965
22:35 / 28 Sentyabr 2026
244
22:34 / 28 Sentyabr 2026
200
22:28 / 28 Sentyabr 2026
180
22:24 / 28 Sentyabr 2026
83
22:15 / 28 Sentyabr 2026
66
21:56 / 28 Sentyabr 2026
83
21:55 / 28 Sentyabr 2026
106
21:51 / 28 Sentyabr 2026
73
21:48 / 28 Sentyabr 2026
83
21:40 / 28 Sentyabr 2026
2364
21:36 / 28 Sentyabr 2026
72
21:33 / 28 Sentyabr 2026
71
21:31 / 28 Sentyabr 2026
77
21:13 / 28 Sentyabr 2026
147
21:06 / 28 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.