İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026, 23:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
558
17.05.2026, 11:58
Son dövrlər pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, "kartdan-karta" köçürmə yolu ilə aparılması halları geniş yayılıb. Belə ki, vətəndaşlar bildirirlər ki, bəzi hallarda onlara bank kartı ilə rəsmi ödəniş etmək imkanı yaradılmır, yalnız fiziki şəxs kartına köçürmə təklif edilir və bu zaman kassa çeki də təqdim olunmur.
Bu cür yanaşma həm nağdsız ödənişlərin şəffaflığı, həm də vergi uçotu baxımından müəyyən risklər yarada bilər. Məhz bu kontekstdə, istehlakçıların hüquqlarının qorunması və ödəniş seçim imkanlarının təmin olunması məsələsi də gündəmə gəlir.
.
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, istehlakçılar hər zaman özlərini sərbəst və rahat hiss etməli, seçim hüquqları qorunmalıdır.
Onun sözlərinə görə, kartdan-karta ödəniş üsulu bir tərəfdən istehlakçı üçün rahatlıq yaratsa da, digər tərəfdən qanunvericiliyin pozulmasına səbəb olur və istehlakçı fərqində olmadan bu prosesin iştirakçısına çevrilir:
"Bu məsələ ilə bağlı Azad İstehlakçılar Birliyi olaraq bizim quruma çoxsaylı şikayətlər daxil olur. Şikayətlər əsasən kartdan-karta ödənişlər zamanı yaşanan hallarla bağlıdır. Nümunə olaraq, mebel sifarişi və ya müxtəlif xidmətlər zamanı vətəndaşdan ödənişi POS-terminal vasitəsilə deyil, birbaşa karta köçürməsi tələb olunur. İstehlakçı bunu öz rahatlığı üçün etsə də, əslində həmin prosesdə vergidən yayınma hallarına şərait yaranır. Ticarət və xidmət sahəsində fəaliyyət göstərən bəzi şəxslər məhz vergidən yayınmaq məqsədilə bu üsula üstünlük verir və istehlakçı da bilmədən həmin qanun pozuntusunun iştirakçısına çevrilir".
AİB sədri hesab edir ki, istehlakçılar arasında bu istiqamətdə ciddi maarifləndirmə işləri aparılmalıdır:
"Eyni zamanda, ticarət və xidmət obyektlərində kartdan-karta ödəniş tələbi kimi hallara son qoyulmalıdır.
İstehlakçı üçün əsas məsələ ödəməni rahat şəkildə həyata keçirməkdir. O, sadəcə kart vasitəsilə ödəniş etmək istəyir. Lakin nəticədə fərqində olmadan vergi və maliyyə qanunvericiliyinin pozulmasına səbəb olan prosesin iştirakçısına çevrilir. İstehlakçılar belə halların tərəfi olmamalıdır. Kartdan-karta ödənişlərin geniş yayılması dövlətin vergi və maliyyə siyasətinə zidd vəziyyət yaradır və bu hal yolverilməz hesab olunur", - deyə E.Hüseynov qeyd edib.
Qeyd edək ki, pərakəndə ticarət və ictimai iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal vasitəsilə deyil, "kartdan-karta" köçürmə yolu ilə həyata keçirilməsi həm qanunvericiliyin tələblərinin, həm də istehlakçı hüquqlarının pozulması hesab olunur.
Belə hallarda istehlakçılara POS-terminal çıxarışı və nəzarət-kassa aparatı çeki təqdim edilmir ki, bu da alıcının hüquqlarını müdafiə etməsi, eləcə də xərclədiyi məbləğin bir hissəsini "cashback" şəklində geri alması imkanlarını məhdudlaşdırır. Bununla yanaşı, əlavə dəyər vergisi (ƏDV) ödəyicilərindən mal, iş və ya xidmət alan istehlakçılar "ƏDV geri al" mexanizmindən istifadə hüququndan da məhrum olurlar.
Dövlət Vergi Xidmətinin məlumatına görə, bu cür hallar vergidən yayınma məqsədi daşıyır. Qurum vətəndaşları pərakəndə ticarət və ictimai iaşə obyektlərində nağdsız ödənişləri "kartdan-karta" köçürmə yolu ilə deyil, yalnız POS-terminal vasitəsilə həyata keçirməyə çağırır.
Sahibkarlara isə Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün ödənişləri POS-terminal vasitəsilə qəbul etmələri tövsiyə olunur.
Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Həmçinin oxuyun
00:06 / 29 Sentyabr 2026
161
23:52 / 28 Sentyabr 2026
71
23:19 / 28 Sentyabr 2026
82
23:06 / 28 Sentyabr 2026
178
23:02 / 28 Sentyabr 2026
1429
22:58 / 28 Sentyabr 2026
79
22:51 / 28 Sentyabr 2026
64
22:40 / 28 Sentyabr 2026
965
22:35 / 28 Sentyabr 2026
244
22:34 / 28 Sentyabr 2026
200
22:28 / 28 Sentyabr 2026
180
22:24 / 28 Sentyabr 2026
83
22:15 / 28 Sentyabr 2026
66
21:56 / 28 Sentyabr 2026
83
21:55 / 28 Sentyabr 2026
106
21:51 / 28 Sentyabr 2026
73
21:48 / 28 Sentyabr 2026
83
21:40 / 28 Sentyabr 2026
2364
21:36 / 28 Sentyabr 2026
72
21:33 / 28 Sentyabr 2026
71
21:31 / 28 Sentyabr 2026
77
21:13 / 28 Sentyabr 2026
147
21:06 / 28 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.