İŞ YERİNDƏ ÖLÜM VƏ XƏSARƏT HADİSƏLƏRİ OLARSA... - Kim cavab verməlidir?
11 Noyabr 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
574
08.05.2026, 16:32
Prezident İlham Əliyev tərəfindən imzalanan yeni fərman paytaxtın nəqliyyat sistemində ciddi dəyişiklikləri nəzərdə tutur.
Sənədə əsasən, “Bakı Metropoliteni” QSC-nin səlahiyyətləri artırılır və qurum daha geniş funksiyalarla yenidən formalaşdırılır. Məqsəd şəhərdaxili nəqliyyat idarəçiliyini vahid struktur altında toplamaqdır. Qəbul edilən qərara uyğun olaraq, “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC fəaliyyətini dayandıraraq “Bakı Metropoliteni”nin tabeliyinə verilir.
Bunun nəticəsində qurum artıq yalnız metro xəttinin idarə olunması ilə kifayətlənməyəcək, eyni zamanda avtobus və taksi xidmətlərinin koordinasiyasını da həyata keçirəcək. Gələcəkdə yenidən istifadəyə verilməsi planlaşdırılan tramvay şəbəkəsinin də bu sistemə daxil ediləcəyi gözlənilir.
Bakının ictimai nəqliyyatında tətbiq ediləcək yeniliyin əhəmiyyəti haqqında fikir bildirən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Hit.az-a açıqlamasında bildirib ki, dünyanın bir çox böyük şəhərlərində ictimai nəqliyyat artıq parçalanmış şəkildə deyil, mərkəzləşdirilmiş model əsasında idarə edilir:
“Paytaxt Bakıda həyata keçirilən yeni dəyişikliklər də məhz bu yanaşmanın tətbiqinə hesablanıb. Məqsəd nəqliyyat sistemində vahid koordinasiya yaratmaq, idarəetmədə çevikliyi artırmaq və müxtəlif nəqliyyat vasitələrinin fəaliyyətini bir-biri ilə uyğunlaşdırmaqdır. Aparılan struktur dəyişiklikləri ilk növbədə sərnişinlərin rahatlığına xidmət etməlidir”.
Ekspertin fikrincə, yeni model tətbiq olunduqdan sonra metro ilə avtobus xətləri arasında əlaqə daha sistemli qurulacaq, gələcəkdə istifadəyə veriləcək yeni nəqliyyat növləri də bu şəbəkəyə inteqrasiya ediləcək:
“Bununla yanaşı, sərnişin sıxlığının tənzimlənməsi, hərəkət qrafikinin optimallaşdırılması və pik saatlarda yaranan problemlərin operativ həlli daha asan olacaq”.
23:54 / 11 Noyabr 2026
1
23:52 / 11 Noyabr 2026
1
23:50 / 11 Noyabr 2026
80
23:45 / 11 Noyabr 2026
193
23:28 / 11 Noyabr 2026
56
23:24 / 11 Noyabr 2026
58
23:18 / 11 Noyabr 2026
79
23:09 / 11 Noyabr 2026
79
23:03 / 11 Noyabr 2026
64
23:01 / 11 Noyabr 2026
101
22:55 / 11 Noyabr 2026
80
22:38 / 11 Noyabr 2026
142
22:31 / 11 Noyabr 2026
96
22:26 / 11 Noyabr 2026
6040
22:22 / 11 Noyabr 2026
102
22:20 / 11 Noyabr 2026
98
22:15 / 11 Noyabr 2026
1136
22:11 / 11 Noyabr 2026
93
22:07 / 11 Noyabr 2026
109
22:06 / 11 Noyabr 2026
99
21:59 / 11 Noyabr 2026
145
21:45 / 11 Noyabr 2026
104
21:14 / 11 Noyabr 2026
970
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.