İŞ YERİNDƏ ÖLÜM VƏ XƏSARƏT HADİSƏLƏRİ OLARSA... - Kim cavab verməlidir?
11 Noyabr 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
829
08.05.2026, 15:29
Bakıdakı məşhur şadlıq saraylarından birində istehlakçılara təqdim olunan ətlərdə at DNT-si aşkarlanıb. Bununla bağlı Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Söhbət paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən “Alp Deluxe” şadlıq sarayından gedir.
Restoranın inzibatçısı Amil Quliyev Baku TV-yə açıqlamasında iddiaların həqiqəti əks etdirmədiyini bildirib:
“Hazırda gündəlik toy məclisləri keçirilən restoranıq. Rəhbərlik də bu məsələdən narahatdır. Biz, ümumiyyətlə, mal ətindən istifadə etmirik. İstifadə etdiyimiz ətlər yalnız müəyyən yeməklərdə istifadə olunur. Xaşlama və bozartma təqdim etmirik. Menyumuzda əsasən yerli quzu ətindən istifadə olunur. Məhsulların hamısı göz qabağındadır, mətbəximiz açıqdır. Biz bu gün özümüzü haqsız ittihamlardan müdafiə etməyə çalışırıq. AQTA-nın heç bir əməkdaşı bura gəlməyib. Bizim üçün də maraqlıdır ki, gəlmədən, yoxlama aparmadan haqqımızda belə məlumat yayılır”.
Qeyd olunan məlumatdan sonra AQTA daha bir açıqlama yayıb.
Oxu24.com xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov yaxın saatlarda AQTA-nın video yayacağını bildirib.
"Hörmətli həmkarlar, AQTA-nı guya yalan məlumat yaymaqda ittiham edən Alp Delux şadlıq evinin nümayəndəsi yoxlama zamanı şadlıq evində olub. Bir qədər sonra müfəttişin yaxa kamerası ilə qeydə alınmış at əti, nümunə götürülməsi və s. kadrlar ictimailəşdiriləcək",-deyə İ.Kərimov bildirib.
Nigar
23:54 / 11 Noyabr 2026
1
23:52 / 11 Noyabr 2026
1
23:50 / 11 Noyabr 2026
80
23:45 / 11 Noyabr 2026
193
23:28 / 11 Noyabr 2026
56
23:24 / 11 Noyabr 2026
58
23:18 / 11 Noyabr 2026
79
23:09 / 11 Noyabr 2026
79
23:03 / 11 Noyabr 2026
64
23:01 / 11 Noyabr 2026
101
22:55 / 11 Noyabr 2026
80
22:38 / 11 Noyabr 2026
142
22:31 / 11 Noyabr 2026
96
22:26 / 11 Noyabr 2026
6040
22:22 / 11 Noyabr 2026
102
22:20 / 11 Noyabr 2026
98
22:15 / 11 Noyabr 2026
1136
22:11 / 11 Noyabr 2026
93
22:07 / 11 Noyabr 2026
109
22:06 / 11 Noyabr 2026
99
21:59 / 11 Noyabr 2026
145
21:45 / 11 Noyabr 2026
104
21:14 / 11 Noyabr 2026
970
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.