İŞ YERİNDƏ ÖLÜM VƏ XƏSARƏT HADİSƏLƏRİ OLARSA... - Kim cavab verməlidir?
11 Noyabr 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
774
08.05.2026, 12:06
Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə cərimə tətbiq olunacaq. Bu Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən yeni - 189-4-cü və 189-5-ci maddələrdə əksini tapıb.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı deputat Tahir Rzayev Ajans.az-a açıqlama verib.
O bildirib ki, uşaqların sağlam və xoşbəxt böyüməsi, vətəndaş ruhunda tərbiyə olunması, onlara qayğı və diqqətin artırılması dövlətin qarşısında duran başlıca məsələlərdəndir və bu istiqamətdə görülən tədbirlər təqdirəlayiqdir. Vaxtaşırı olaraq Milli Məclisdə uşaq hüquqları, uşaqların təlim-tərbiyəsi, onlara qayğının artırılması məsələləri gündəmdə olur və bir çox qanunlara dəyişikliklər edilib, mütərəqqi qanunvericilik aktları qəbul olunub.
İnzibati Xətalar Məcəlləsinə edilən yeni maddələr də uşaq hüquqlarının qorunmasına bilavasitə hesablanıb. Çünki uşaq zorakılığı, uşaqlara qarşı təqib, təhqir, onların şəxsiyyətinin alçaldılması yolverilməzdir və bu hallara imkan yaradan şəxslər haqqında ciddi tədbirlər görülməlidir.
“Uşaqlar bizim gələcəyimizdir. Onların sağlam böyüməsi, mükəmməl təhsil alması gələcəyimiz, ölkənin inkişafı və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün çox vacibdir. Məhz buna görə də vaxtaşırı olaraq uşaqların, gənclərin tərbiyəsi məsələsi deputatlar tərəfindən qaldırılır və yaxşı haldır ki, müvafiq orqanlar tərəfindən buna ciddi reaksiya verilir.”
O qeyd edib ki, uşaqlara qarşı edilən zorakılığı görən, onun şahidi olan insanların bu barədə məlumat vermədiklərinə görə müəyyən inzibati cəzalar alması, əlbəttə ki, vacibdir və təqdir edilməlidir. Bunun icra mexanizmləri sözsüz ki, müəyyən edilib və bu hallar müvafiq orqanlar tərəfindən araşdırılmalı, öyrənilməli, xoşagəlməz hallara yol verən insanlar məsuliyyətə cəlb olunmalıdır.
Buna nəzarət mexanizminin tətbiqi məsələsinə gəldikdə isə, əlbəttə ki, bu bir qədər çətindir. Ancaq bugünkü texnoloji proseslər və avadanlıqlar ən ciddi hərəkətləri, hadisələri araşdırmağı və öyrənməyi asanlaşdırır. Monitorlar var, kameralar var, digər vasitələr var və bunlar, əlbəttə ki, köməyə çatır.
Tahir Rzayev vurğulayıb ki, əgər uşaq canlı şahiddirsə, onun dedikləri mütləq əsas götürülməlidir. Zorakılığın əlamətləri varsa və bu hal müşahidə olunursa, onun dərəcəsi müəyyən edilməli və lazımi ölçü götürülməlidir. Bu, bizim gələcəyimiz üçün çox vacibdir. Uşaqlar mənəvi cəhətdən zəngin olmalıdırlar. Yüksək təlim-tərbiyə almalıdırlar. Onlara qayğı göstərilməli və onlar qayğıkeş, humanist insan kimi tərbiyə olunmalıdırlar.
Əgər bu gün onlara qarşı zorakılıq hallarına yol verilirsə, aqressivlik aşılanırsa və bu davam edirsə, əlbəttə ki, bu, cəmiyyət üçün çox ziyanlı haldır. Həmin uşaqlar bir növ gördüklərindən, həmin təsirlərdən dərs alırlar və gələcəkdə onlar da belə zorakılığa yol verə bilərlər.
Ona görə də qabaqlayıcı tədbirlər görmək, qanunları sərtləşdirmək çox vacibdir və hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş bu əlavələr də vacibdir.
23:54 / 11 Noyabr 2026
39
23:52 / 11 Noyabr 2026
41
23:50 / 11 Noyabr 2026
89
23:45 / 11 Noyabr 2026
354
23:28 / 11 Noyabr 2026
60
23:24 / 11 Noyabr 2026
65
23:18 / 11 Noyabr 2026
84
23:09 / 11 Noyabr 2026
85
23:03 / 11 Noyabr 2026
70
23:01 / 11 Noyabr 2026
106
22:55 / 11 Noyabr 2026
83
22:38 / 11 Noyabr 2026
150
22:31 / 11 Noyabr 2026
101
22:26 / 11 Noyabr 2026
6041
22:22 / 11 Noyabr 2026
109
22:20 / 11 Noyabr 2026
102
22:15 / 11 Noyabr 2026
1184
22:11 / 11 Noyabr 2026
96
22:07 / 11 Noyabr 2026
111
22:06 / 11 Noyabr 2026
103
21:59 / 11 Noyabr 2026
149
21:45 / 11 Noyabr 2026
107
21:14 / 11 Noyabr 2026
1014
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.