Azərbaycan üçün mühüm TARİX:İyunun 2-də layihə rəsmən işə düşür
28 May 2026, 17:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
388
08.05.2026, 11:51
Bakıda Əbdüləzəl Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik ediləcək.
Bu barədə Oxu24.com-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, layihə hazırlanarkən ətraf ərazidə mövcud vəziyyət təhlil olunub, “Rəqəmsal əkiz” üzərindən simulyasiyalar aparılıb.
Qeyd edək ki, layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib və baxılaraq təsdiqlənib.
Təhlillər nəticəsində həmin yol kəsişməsində yüksək nəqliyyat intensivliyi səbəbindən mütəmadi olaraq tıxacların yaranması, piyada əlçatanlılığının aşağı olması, kəsişmənin səmərəli olmaması müəyyən edilib. Bu hal zəncirvari təsir göstərərək paytaxtın bu əraziyə yaxın yollarında ciddi sıxlıq yaradır.
Reallaşdırılan layihəyə əsasən, Ə.Dəmirçizadə küçəsində mövcud hərəkət istiqaməti əksinə dəyişdiriləcək və Təbriz küçəsi istiqamətində birtərəfli hərəkət rejimi tətbiq olunacaq. Bu zaman Ə.Dəmirçizadə küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Qarabağ küçəsi ilə kəsişməsinədək nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədilə ikitərəfli hərəkət saxlanılacaq.
Sözügedən yol sahəsində ictimai nəqliyyatın hərəkətini ləngitməmək, sərnişinlərin mənzil başına daha rahat çatmasını təmin etmək məqsədilə Qarabağ küçəsi ilə kəsişmədən Xətai prospekti istiqamətində avtobus zolağının təşkili nəzərdə tutulur.
Nəticədə Ə.Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində buraxıcılıq qabiliyyətini artırmaq üçün 3 fazalı işıqfor tənzimlənməsi 2 fazalı tənzimlənmə ilə əvəzlənəcək. Yəni öncə nəqliyyat vasitələri kəsişmədə 80 saniyə gözləməli olurdularsa, artıq bu vaxt 40 saniyəyə kimi enəcək.
Ərazidə mövcud mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə şəbəkə genişləndiriləcək, piyada əlçatanlığı artırılacaq.
Layihə icra olunduqdan sonra xüsusilə pik saatlarda həm Koroğlu Rəhimov küçəsi ilə düşən axının sürəti artacaq, həm Yusif Səfərov küçəsindən gələn axının tunelə girişində yaranan növbə qısalacaq. Bununla da Yusif Səfərov küçəsində pik saatlarda yaranan sıxlıq azalacaq, həmçinin Xətai prospekti ilə gələn nəqliyyat vasitələri kəsişmədə daha az gözləməli olacaqlar.
Qeyd edək ki, bu, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan Ağaoğlu və Yusif Səfərov küçələrini birləşdirən tunelin inşasına kimi olan müvəqqəti həlldir.
18:16 / 28 May 2026
8
18:03 / 28 May 2026
38
17:57 / 28 May 2026
40
17:43 / 28 May 2026
175
17:39 / 28 May 2026
66
17:32 / 28 May 2026
53
17:16 / 28 May 2026
104
17:15 / 28 May 2026
101
16:59 / 28 May 2026
104
16:42 / 28 May 2026
86
16:29 / 28 May 2026
81
16:01 / 28 May 2026
82
15:46 / 28 May 2026
171
15:33 / 28 May 2026
76
15:29 / 28 May 2026
87
15:28 / 28 May 2026
78
15:17 / 28 May 2026
88
15:15 / 28 May 2026
226
15:08 / 28 May 2026
107
14:59 / 28 May 2026
185
14:47 / 28 May 2026
91
14:40 / 28 May 2026
505
14:39 / 28 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.