Paytaxtın bu ərazilərində işıq kəsiləcək
27 İyul 2026, 23:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
685
08.05.2026, 11:21
Qubanın üç kəndinin yeni adı hansı meyarlarla seçilib?
Xəbər verdiyimiz kimi, Quba rayonunun inzibati ərazisinə daxil olan Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının yerli sakinlərin müraciətləri və Toponimiya Komissiyasının rəyi nəzərə alınmaqla müvafiq olaraq “Elbir”, “Çinarlı” və “Bəhrəli” adlandırılması təklif edilir.
Adları çəkilən yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi ictimaiyyətin diqqət mərkəzindədir.
Bəs, yeni adların seçilməsi zamanı hansı meyarlar əsas götürülür və bu adların mənşəyi haqqında elmi izah varmı?
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov mövzu ilə bağlı Oxu24.com-a açıqlamasında mühüm məqamlara aydınlıq gətirib.
"Təşəbbüs birbaşa yerli əhalidən gəlib"
Milli Məclisin Toponimiya komissiyasının üzvü olan Elçin İsmayılov bildirir ki, bu dəyişikliklərin heç biri təsadüfi deyil və əsas təklif elə yaşayış yerlərindən daxil olub. O qeyd edir ki, əhali özü rusmənşəli adların dəyişdirilməsi üçün müraciət edib: "Əhalinin özü təklif eləyib ki, bizim kəndlərin adın dəyişin, ruscadır. Burda keçmişdə malakanlar yaşayırdılar, indi yaşamırlar. Ona görə də adların dəyişilməsini istədilər və biz də dəyişdik".
Adların elmi izahı: Niyə məhz Bəhrəli, Elbir və Çınarlı?
Mütəxəssis yeni seçilən adların hər birinin özünəməxsus mənası və mənşəyi olduğunu vurğulayır. Timiryazev kəndinin adının Bəhrəli qoyulmasına toxunan şöbə müdiri bildirir ki, bu ad kəndin təsərrüfat profili ilə bağlıdır: "Timiryazev kənd təsərrüfatı mütəxəssisi olub. Orada əvvəllər meyvə ağac tinglik sovxozu fəaliyyət göstərib, indi də camaat tingliklə məşğuldur. Ona görə də akademik İsa Həbibbəylinin təşəbbüsü ilə oranın adını Bəhrəli qoyduq".
Qubanın multikultural mühitinə toxunan E.İsmayılov Elbir adının seçilmə səbəbini belə izah edir:
“Quba çox multikultural bir rayondur, orada müxtəlif etnik qruplar yaşayırlar. O kənddə müxtəliflik, birlik olduğuna görə təklif olundu ki, adı Elbir olsun. Yəni birlik, möhkəmlik və dostluq mənasında".
Çınarlı adının isə kəndin təbii quruluşuna və ətrafdakı ağaclara görə seçildiyini qeyd edən müsahib, bu təşəbbüslərin həm icra başçısı, həm də yerli sakinlər tərəfindən dəstəkləndiyini bildirir.
"Adların dəyişdirilməsi xaotik şəkildə aparılmır"
Elçin İsmayılov vurğulayır ki, kənd və ya küçə adlarının dəyişdirilməsi hər kəsin istəyi ilə baş verən xaotik bir proses deyil. O bildirir ki, bu proses müəyyən qanunauyğunluqlar və siyasi konyunkturaya uyğun şəkildə həyata keçirilir:
“Əvvəlcə akademiyada müzakirə etdik, sonra məsələni Toponimiya komissiyasına çıxartdıq. Komissiya üzvləri yekdilliklə səs verdikdən sonra layihə Milli Məclisə təqdim olundu və deputatlar tərəfindən təsdiqləndi".
Mütəxəssis sonda qeyd edir ki, siyasi formasiyalar dəyişdikcə köhnə adların yenilənməsi təbii bir prosesdir: "Vətəndaşlardan və deputatlardan müraciətlər daxil olsa, Toponimiya komissiyası olaraq biz bu məsələlərə baxacağıq. Çünki həyat davam edir və mövcud siyasi vəziyyətə uyğun olaraq bu dəyişikliklər olmalıdır".
Çimnaz Telmanqızı
23:18 / 27 İyul 2026
2
22:44 / 27 İyul 2026
45
22:24 / 27 İyul 2026
48
21:47 / 27 İyul 2026
142
21:29 / 27 İyul 2026
66
20:50 / 27 İyul 2026
65
20:19 / 27 İyul 2026
87
20:00 / 27 İyul 2026
103
19:59 / 27 İyul 2026
79
19:46 / 27 İyul 2026
549
19:30 / 27 İyul 2026
112
19:15 / 27 İyul 2026
90
19:13 / 27 İyul 2026
108
19:02 / 27 İyul 2026
94
18:48 / 27 İyul 2026
898
18:45 / 27 İyul 2026
114
18:33 / 27 İyul 2026
81
18:30 / 27 İyul 2026
892
18:22 / 27 İyul 2026
83
18:20 / 27 İyul 2026
2878
18:10 / 27 İyul 2026
104
17:59 / 27 İyul 2026
95
17:40 / 27 İyul 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.