Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - VİDEO
12 Noyabr 2026, 00:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
544
08.05.2026, 10:33
Azərbaycanda insan alveri cinayətlərinin dinamikasında azalma müşahidə olunur.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Komitə sədri deyib ki, Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır. 2026–2030-cu illəri əhatə edən yeni Milli Fəaliyyət Planı hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılıb. Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün sayca 5-ci Milli Fəaliyyət Planı hazırlanıb, ictimaiyyətin, ekspert və mütəxəssislərin müzakirəsinə verilib: “Hesabatın təhlili göstərir ki, son 20 il ərzində Azərbaycanda insan alveri cinayətlərinin dinamikasında ümumi azalma tendensiyası müşahidə olunur. Statistik təhlillər insan alveri cinayətlərinin strukturunda cinsi istismarın üstünlük təşkil etdiyini deməyə əsas verir. Belə ki, 2025-ci ildə qeydə alınan faktların 76,8 faizini məhz cinsi istismar halları təşkil edib, məcburi əmək cəmi 0,5 faiz səviyyəsində qeydə alınıb. Digər 22, 7 faiz isə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı olub. Eyni zamanda, uzunmüddətli statistik dinamika da diqqətəlayiqdir. 2005–2010-cu illərdə insan alveri cinayətlərinin sayı 200-dən yuxarı olduğu halda, sonrakı illərdə mərhələli azalma müşahidə olunub, 2025-ci ildə göstərici 198 fakt təşkil edib. Qurbanların sayında da oxşar tendensiya müşahidə edilir .2000-ci illərin ortalarında 90–100 arası dəyişən göstəricilər 2025-ci ildə 46 nəfərə qədər enib. Nəticələr göstərir ki, risq qrupu yalnız gənclərlə məhdudlaşmır və daha geniş yaş kateqoriyalarını əhatə edir. Bundan əlavə, 2005–2025-ci illər üzrə ümumi statistikaya nəzər yetirdikdə, insan alveri qurbanlarının mütləq əksəriyyətinin qadınlar olduğu müşahidə olunur. Belə ki, hesabat dövründə müəyyən edilən 1.487 qurbanın təxminən 1.400-ü qadın, cəmi 87-si kişi olub. Disbalans gender əsaslı risq faktorlarının mövcudluğunu bir daha təsdiqləyir”.
Zahid Oruc qeyd edib ki, insan alverinə qarşı mübarizədə qlobal tendensiyaların düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. ABŞ Dövlət Departamenti tərəfindən hər il dərc edilən İnsan Alveri Hesabatı və GRETA kimi nüfuzlu beynəlxalq mexanizmlərin qiymətləndirmələri vacibdir: “ABŞ Dövlət Departamentinin son illər üzrə hesabatlarında cinayətkar şəbəkələrin fəaliyyətinin rəqəmsal mühitə sürətlə adaptasiya olunduğu-onlayn iş elanları platformaları və müxtəlif rəqəmsal kommunikasiya vasitələri insan alverçiləri üçün yeni “cəlbetmə alətləri”nə çevrildiyi vurğulanır. Avropa məkanında insan alveri getdikcə daha çox “gizli iqtisadiyyat” daxilində fəaliyyət göstərir. Süni intellekt əsaslı cinayətlər də artıb. Ona görə də insan alverinə qarşı mübarizə yalnız ənənəvi üsullarla effektiv nəticə verə bilməz. Rəqəmsal mühitdə monitorinqin gücləndirilməsi, sosial şəbəkələr üzərində nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq məlumat mübadiləsinin sürətləndirilməsi və süni intellekt talətlərin tətbiqi artıq zəruri tələbə çevrilib. İnanırıq ki, Milli Məclis gələcək illərdə də daxili işlər orqanları ilə birlikdə müvafiq beynəlxalq hesabatların obyektiv təhlili, tövsiyyələrin qanunvericilik sistemində nəzərə alınması və Fəaliyyət Planından irəli gələn digər vəzifələrin həyata keçirilməsində yüksək mandatına söykənərək, aktiv dəstəyini göstərməkdə davam edəcək”.
00:19 / 12 Noyabr 2026
1
00:17 / 12 Noyabr 2026
16
00:11 / 12 Noyabr 2026
36
23:54 / 11 Noyabr 2026
62
23:52 / 11 Noyabr 2026
67
23:50 / 11 Noyabr 2026
104
23:45 / 11 Noyabr 2026
466
23:28 / 11 Noyabr 2026
75
23:24 / 11 Noyabr 2026
81
23:18 / 11 Noyabr 2026
90
23:09 / 11 Noyabr 2026
98
23:03 / 11 Noyabr 2026
88
23:01 / 11 Noyabr 2026
112
22:55 / 11 Noyabr 2026
87
22:38 / 11 Noyabr 2026
156
22:31 / 11 Noyabr 2026
105
22:26 / 11 Noyabr 2026
6048
22:22 / 11 Noyabr 2026
111
22:20 / 11 Noyabr 2026
104
22:15 / 11 Noyabr 2026
1224
22:11 / 11 Noyabr 2026
99
22:07 / 11 Noyabr 2026
114
22:06 / 11 Noyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.