“Burada oturub onların dəyirmanına su tökən Kamran Yunisin məqsədi nədir?”
29 İyul 2026, 10:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
505
08.05.2026, 10:17
Xəbər verdiyimiz kimi, bir qrup incəsənət xadimi Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, siyahıda əməkdar artist Hicran Nəsirova da yer alıb.
Təqaüdə layiq görülən sənətçi Oxu24.com-a açıqlamasında sevincini bölüşüb və qərarın onun üçün gözlənilməz olduğunu bildirib.
Aktrisa qeyd edib ki, şad xəbəri jurnalist Turan Etibaroğlu ona zəng vuraraq çatdırıb və o, bu xəbəri böyük sevinc hissi ilə qarşılayıb.
Hicran Nəsirova açıqlamasında Prezident İlham Əliyevə, teatrın direktoru İlham Əsgərova və bu prosesdə əməyi keçən hər kəsə təşəkkürünü ifadə edib:
“Başda cənab Prezident İlham Əliyev olmaqla, teatrımızın direktoru İlham Əsgərov və bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Sənətimə göstərilən bu böyük dəyərə görə sonsuz minnətdarlığımı bildirirəm. O qədər sevincliyəm ki… Cənab Prezident hər zaman sənət adamlarına xüsusi diqqət və qayğı göstərir.”
Aktrisa yaxın günlərdə ümummilli lider Heydər Əliyevin doğum gününün qeyd olunacağını xatırladaraq, sənət yolunda ilk fəxri adını məhz ulu öndərin imzası ilə aldığını bildirib:
“İlk fəxri adımı da ulu öndərin imzası ilə almışam. Bu gün isə onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin sərəncamı ilə təqaüdə layiq görüldüm.”
Hicran Nəsirova vurğulayıb ki, sənət adamı üçün ən böyük dəyər tamaşaçı alqışı ilə yanaşı, dövlət tərəfindən göstərilən diqqət və qayğıdır.
Turan Etibaroğlu
10:37 / 29 İyul 2026
7
10:35 / 29 İyul 2026
12
10:35 / 29 İyul 2026
14
10:25 / 29 İyul 2026
68
10:17 / 29 İyul 2026
38
10:11 / 29 İyul 2026
42
10:10 / 29 İyul 2026
125
10:04 / 29 İyul 2026
48
09:54 / 29 İyul 2026
42
09:50 / 29 İyul 2026
257
09:43 / 29 İyul 2026
51
09:40 / 29 İyul 2026
97
09:38 / 29 İyul 2026
50
09:32 / 29 İyul 2026
58
09:29 / 29 İyul 2026
57
09:28 / 29 İyul 2026
419
09:25 / 29 İyul 2026
60
09:21 / 29 İyul 2026
139
09:15 / 29 İyul 2026
59
09:08 / 29 İyul 2026
66
09:04 / 29 İyul 2026
60
09:01 / 29 İyul 2026
69
00:01 / 29 İyul 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.