Qaynar xətt:

(+99450) 247 90 86

Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli manat depoziti təklifləri – SİYAHI (may)

Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli manat depoziti təklifləri – SİYAHI (may)

CƏMİYYƏT

58

07.05.2026, 18:43

Oxu24.com Banker.az-a istinadən xəbər verir ki   5 may 2026-cı il tarixinə Azərbaycanda manat üzrə 6 aydan 36 ayadək müddəti əhatə edən əmanət faizlərini araşdırıb.

6 aylıq əmanətlərdə bazarda ən yüksək faizlər “Expressbank” və “Kapital Bank” tərəfindən təklif olunur və müddətin sonunda 10.00%-ə çatır. Bu seqmentdə Bank of Baku isə 9.50% ilə növbəti pillədə qərarlaşır.

9 aylıq əmanətlər üzrə ən sərfəli şərtlər “TuranBank” tərəfindən təqdim olunur və burada faiz dərəcəsi 10.00% təşkil edir. “Xalq Bank” və “Bank of Baku” isə bu müddətdə 9.50% səviyyəsində gəlir təklif edir.

12 aylıq depozitlərdə rəqabət daha kəskindir və bazarın ən yüksək göstəricilərindən biri “Yapı Kredi Bank Azərbaycan”  tərəfindən təklif olunan 11.50% faizdir. Bununla yanaşı, “Bank of Baku” və “Bank VTB (Azərbaycan)” 11.25%, “Expressbank” isə 11.00% gəlir təqdim edir.

18 aylıq əmanətlər üzrə maksimum faizlər 11.50% səviyyəsindədir və bu göstərici “Bank Avrasiya”, “Expressbank”, “Bank of Baku” və “Bank VTB” tərəfindən təklif olunur.

24 aylıq depozitlərdə bazarın ən yüksək gəlirliliyi 12.00% səviyyəsində formalaşıb və bu göstərici “Bank Avrasiya” və “Expressbank” tərəfindən təqdim olunur. Digər banklar isə əsasən 10.50%–11.00% intervalında qalır.

36 aylıq əmanətlərdə isə ən yüksək faiz 11.50% olub, bu səviyyə “Turan Bank” tərəfindən təklif edilir. Digər banklarda isə faizlər əsasən 10.50% ətrafında dəyişir