Xələf Xələfov: Azərbaycan AQEM sədrliyi çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verib
01 Oktyabr 2026, 10:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
913
12.03.2026, 21:38
“Dərman qiymətlərində süni artımın qarşısı alınacaq” - İqtisadçı
Tarif (qiymət) Şurasının bugünkü iclasında Azərbaycanda bir qrup dərman vasitələrinin qiymətinin tənzimlənməsi barədə qərar qəbul edilib. İclasda yeni dövlət qeydiyyatına alınan 183 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 2 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 30 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərar martın 16-dan qüvvəyə minir.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı Fuad İbrahimov bildirib ki, qəbul edilən son qərar əczaçılıq bazarında qiymət sabitliyinin qorunması və istehlakçıların sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilə bilər:
“Yeni dövlət qeydiyyatına alınmış 183 dərman vasitəsi üzrə qiymətin yuxarı həddini təsdiqləməsi, eyni zamanda bəzi dərmanların qiymətlərinə yenidən baxılması bazarda həm şəffaflığın, həm də rəqabət balansının qorunmasına xidmət edir. Bu qərarın iki əsas məqsədi diqqət çəkir. Birincisi, dərman bazarında süni qiymət artımlarının qarşısını almaq və əhalinin dərmanlara çıxışını daha əlçatan saxlamaqdır. Xüsusilə, inflyasiya və idxal xərclərinin artdığı dövrdə dövlətin qiymət tənzimləməsi mexanizmlərindən istifadə etməsi sosial yönümlü siyasətin davamı kimi dəyərləndirilə bilər.İkinci mühüm məqam isə dərman təminatının dayanıqlılığının qorunmasıdır”.
İqtisadçı qeyd edib ki, qiymətlərin dövlət tərəfindən tənzimlənməsi əczaçılıq şirkətlərinin bazara marağına da təsir edə biləcək həssas məsələdir:
“Ona görə də burada əsas balans həm istehlakçı maraqlarının qorunması, həm də dərman idxalçıları və istehsalçıları üçün bazarın cəlbedici qalmasıdır. Yeni qərar əslində dövlətin dərman bazarında aktiv tənzimləyici rolunu davam etdirdiyini göstərir. Uzunmüddətli perspektivdə isə bu kimi addımların yerli dərman istehsalının inkişafı ilə paralel aparılması daha dayanıqlı və rəqabətli əczaçılıq bazarının formalaşmasına töhfə verə bilər”.
Yeganə
11:22 / 01 Oktyabr 2026
1
10:54 / 01 Oktyabr 2026
38
10:49 / 01 Oktyabr 2026
55
10:43 / 01 Oktyabr 2026
44
10:41 / 01 Oktyabr 2026
238
10:39 / 01 Oktyabr 2026
51
10:31 / 01 Oktyabr 2026
47
10:25 / 01 Oktyabr 2026
47
10:18 / 01 Oktyabr 2026
49
10:09 / 01 Oktyabr 2026
58
10:05 / 01 Oktyabr 2026
166
09:51 / 01 Oktyabr 2026
670
09:50 / 01 Oktyabr 2026
57
09:47 / 01 Oktyabr 2026
68
09:39 / 01 Oktyabr 2026
63
09:32 / 01 Oktyabr 2026
73
09:28 / 01 Oktyabr 2026
64
09:15 / 01 Oktyabr 2026
53
08:56 / 01 Oktyabr 2026
217
08:54 / 01 Oktyabr 2026
65
08:47 / 01 Oktyabr 2026
61
08:46 / 01 Oktyabr 2026
58
08:03 / 01 Oktyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.