COVID-19-a yoluxmuş nazir hələ də işə çıxmır
13 Noyabr 2026, 11:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
860
12.03.2026, 21:05
Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir.
Oxu24.com xəbər verir ki, üçüncü Qədr gecəsi isə martın 16-da olacaq.
Qeyd edək ki, Şəvval ayının 1-i (martın 20-si) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən martın 20, 21-i Azərbaycanda Ramazan bayramıdır.
Qədr gecəsi İslam inancına görə, Qurani-Kərimin ilk ayələrinin nazil olduğu müqəddəs gecədir. Bu gecə Qurani-Kərimdə də xüsusi qeyd olunur və min aydan daha xeyirli olduğu bildirilir.
Müsəlmanlar inanırlar ki, Qədr gecəsində edilən dua və ibadətlər Allah dərgahında daha çox qəbul olunur, günahların bağışlanması üçün xüsusi mərhəmət qapıları açılır. Bu gecə ənənəvi olaraq Ramazan ayının son on gününün tək gecələrindən birinə təsadüf edir və dəqiq günü gizli saxlanıldığı üçün möminlər həmin günlərdə daha çox ibadət etməyə çalışırlar.
Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.
11:40 / 13 Noyabr 2026
8
11:21 / 13 Noyabr 2026
118
11:15 / 13 Noyabr 2026
54
11:12 / 13 Noyabr 2026
64
11:00 / 13 Noyabr 2026
61
10:50 / 13 Noyabr 2026
59
10:45 / 13 Noyabr 2026
60
10:39 / 13 Noyabr 2026
69
10:25 / 13 Noyabr 2026
90
10:22 / 13 Noyabr 2026
100
10:20 / 13 Noyabr 2026
76
10:08 / 13 Noyabr 2026
315
10:02 / 13 Noyabr 2026
81
09:51 / 13 Noyabr 2026
148
09:46 / 13 Noyabr 2026
1042
09:44 / 13 Noyabr 2026
136
09:38 / 13 Noyabr 2026
105
09:34 / 13 Noyabr 2026
152
09:33 / 13 Noyabr 2026
87
09:31 / 13 Noyabr 2026
98
01:52 / 13 Noyabr 2026
301
01:49 / 13 Noyabr 2026
879
01:42 / 13 Noyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.