Sabah bu rayonun 14 ərazisində qaz KƏSİLƏCƏK
20 İyul 2026, 16:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1018
12.03.2026, 20:35
Xəbər verdiyimiz kimi, İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətini edib. Müctəba Xamenei bildirib ki, Hörmüz boğazı bağlı qalmalıdır. O, “Hörmüz boğazının bağlı qalmasının düşmənə təzyiq vasitəsi olaraq davam etdirilməli olduğunu” qeyd edib.
Yeni Ali Rəhbər qonşularla dostluğa inandığını da vurğulayıb:
“Biz qonşularla dostluğa inanırıq, yalnız hərbi bazaları hədəf alırıq və zərurət olduğunu üçün bunu davam etdirəcəyik”.
Yeni Ali Rəhbərin açıqlamasını Oxu24.com-a şərh edən iqtisadçı Əlimusa İbrahimov Müctəba Xameneinin müraciətində bir neçə mühüm siyasi mesaj olduğunu deyib.
Politoloqun fikrincə, bu açıqlamalar həm daxili auditoriyaya, həm də region və Qərb ölkələrinə ünvanlanmış siqnallardır:
“Müctəba Xameneinin Hörmüz boğazının bağlı qalmalı olduğunu vurğulaması əslində İranın ən güclü geosiyasi rıçaqlarından birini xatırlatmasıdır. Hörmüz boğazı dünya neft ticarətinin böyük hissəsinin keçdiyi strateji marşrutdur. İran rəhbərliyi tarixən bu boğazdan Qərbə və regiondakı rəqiblərinə qarşı iqtisadi və siyasi təzyiq vasitəsi kimi istifadə edə biləcəyini göstərməyə çalışıb. Politoloji baxımdan bu bəyanat iki məqsədə xidmət edir: Qərbə və xüsusilə ABŞ-ın regiondakı hərbi mövcudluğuna mesaj göndərmək və enerji bazarlarına təsir edə biləcək potensial gücünü nümayiş etdirmək”.
Ə.İbrahimov qeyd edib ki, Xameneinin “biz qonşularla dostluğa inanırıq” deməsi İranın region ölkələri ilə münasibətləri tam qarşıdurma xəttinə gətirmək istəmədiyini göstərir:
“Bu, xüsusilə Fars körfəzi ölkələri, Türkiyə və Cənubi Qafqaz regionu üçün nəzərdə tutulan diplomatik mesaj kimi görünür. Belə bəyanatlar adətən ikiqat məna daşıyır: Bir tərəfdən region ölkələrinə “biz sizə qarşı deyilik” mesajı verilir, digər tərəfdən İranın hərbi addımlarının guya yalnız “düşmən qüvvələrə” yönəldiyi vurğulanır.
Bundan başqa, Xamneinin “yalnız hərbi bazaları hədəf alırıq” ifadəsi İranın mümkün hərbi əməliyyatlarını müdafiə xarakterli və legitim addım kimi təqdim etmək cəhdidir. Beynəlxalq siyasətdə dövlətlər çox vaxt hərbi fəaliyyətlərini belə çərçivədə izah edirlər ki, bu da daxili və xarici auditoriyada legitimlik yaratmaq üçündür”.
Politoloqun qənaətincə, Müctəba Xameneinin bu ilk müraciəti yeni rəhbərliyin sərt təhlükəsizlik xəttini qoruyacağını, eyni zamanda region ölkələri ilə açıq qarşıdurmadan qaçmağa çalışacağını göstərir:
“Yəni Tehran bir tərəfdən güc nümayiş etdirir, digər tərəfdən isə diplomatik manevr imkanlarını saxlayır. Bu cür mesajlar adətən yeni liderlərin hakimiyyətə gəldiyi dövrdə daxili legitimliyi möhkəmləndirmək və beynəlxalq oyunçulara öz mövqeyini göstərmək məqsədi daşıyır”.
Yeganə
16:18 / 20 İyul 2026
1
16:02 / 20 İyul 2026
32
15:50 / 20 İyul 2026
43
15:44 / 20 İyul 2026
229
15:41 / 20 İyul 2026
45
15:36 / 20 İyul 2026
96
15:31 / 20 İyul 2026
60
15:23 / 20 İyul 2026
449
15:15 / 20 İyul 2026
56
15:15 / 20 İyul 2026
98
15:10 / 20 İyul 2026
64
14:57 / 20 İyul 2026
274
14:57 / 20 İyul 2026
62
14:45 / 20 İyul 2026
60
14:34 / 20 İyul 2026
616
14:27 / 20 İyul 2026
68
14:19 / 20 İyul 2026
328
14:10 / 20 İyul 2026
757
14:07 / 20 İyul 2026
73
13:40 / 20 İyul 2026
82
13:35 / 20 İyul 2026
76
13:15 / 20 İyul 2026
86
12:59 / 20 İyul 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.