Sabahın havası AÇIQLANDI
13 Noyabr 2026, 12:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
958
10.03.2026, 20:34
Kimisə bədənində hansısa rəsm əsərinin təsvir edilməsini, kimisi də əziz şəxsinin adının yazılmasını istəyir. Dəridə iynə ilə yazılmış belə şəkil və yazılara döymə, yaxud tatu deyilir. İynə ucluqlu xüsusi aparat vasitəsilə dəriyə qan çıxacaq qədər müdaxilə edilir və rəng iynənin yaratdığı boşluğa yeridilir.
Xüsusilə, gənclər arasında populyar olan motivlər müxtəlifdir: minimalist dizaynlardan başlayaraq, əfsanəvi simvollar, təbiət təsvirləri və hətta sitatlar belə döymə formasında bədəni bəzəyir. Sosial media və məşhur şəxslərin döymə trendini yayması da bu marağın artmasına böyük təsir göstərib.
Bəs, döymələrin sağlamlığa nə kimi zərərləri var? Bu barədə kifayət qədər məlumatlıyıq?
İynə 4 ml-dən artıq batmamalıdır...
Tatu ustası Orxan Əhmədov Oxu24.com-a açıqlamasında bildirib ki, döymə edərkən dəriyə mütləq krem vurulmalıdır, bu, dərini yumşaldır və iynənin dəriyə keçməsini asanlaşdırır:
“Krem qanaxma və dəridə şişkinliyin də qarşısını alır. Bundan başqa, iynə tez-tez tənzimlənməlidir ki, dəriyə 4 ml-dən artıq batmasın. Döymə zamanı istifadə olunann rənglərin sertifikatlı olması da vacibdir. Amerika, Almaniya, Fransa istehsalı olan rənglərin daha keyfiyyətlidir. Eyni zamanda iynələrdən düzgün istifadə mühüm şərtdir. Tatu edilərkən iynələrdən yalnız bir dəfə istifadə edilməlidir. İstifadə edilmiş iynə ilə başqa şəxslərə tatu etmək böyük riskdir”.
Analizlərin verilməsi VACİBDİR
Dermatoloq Vaqif Abdullayev tatu etdirilən zaman ağır xəstəliklərə yoluxma riskinin yüksək olduğunu qeyd edib:
“Son zamanlar ən böyük risklərdən biri hepatitlərə yoluxmadır. Hepatit B və Hepatit C əsasən cinsi yollarla, bir də tatular zamanı keçə bilər. Tatu etdirməzdən qabaq müəyyən analizlərin verilməsi də vacibdir. Bədəndə hansısa infeksiyalar, yaxud dəridə müəyyən problemlər varsa, döymələrin edilməsi məsləhət görülmür.
Şəxsi və tibbi mövqeyimdən yanaşdıqda isə, döymə etdirməyin tərəfdarı deyiləm. Çünki bu, dərinin strukturuna mexaniki zədə vurur, eyni zamanda kimyəvi maddələrin orqanizmə daxil olmasına səbəb olur. Təbii ki, bu prosesin mənfi təsirləri ola bilər və hər bir insanın bədən reaksiyası fərqli olduğu üçün riskləri nəzərə almaq vacibdir. Ona görə də hesab edirəm ki, döymə etdirməmək daha sağlam seçim olar”.
Yeganə
13:05 / 13 Noyabr 2026
10
12:57 / 13 Noyabr 2026
36
12:45 / 13 Noyabr 2026
58
12:32 / 13 Noyabr 2026
65
12:20 / 13 Noyabr 2026
57
12:17 / 13 Noyabr 2026
57
12:08 / 13 Noyabr 2026
377
11:55 / 13 Noyabr 2026
82
11:45 / 13 Noyabr 2026
143
11:40 / 13 Noyabr 2026
83
11:21 / 13 Noyabr 2026
270
11:15 / 13 Noyabr 2026
93
11:12 / 13 Noyabr 2026
164
11:00 / 13 Noyabr 2026
95
10:50 / 13 Noyabr 2026
90
10:45 / 13 Noyabr 2026
133
10:39 / 13 Noyabr 2026
109
10:25 / 13 Noyabr 2026
109
10:22 / 13 Noyabr 2026
207
10:20 / 13 Noyabr 2026
95
10:08 / 13 Noyabr 2026
441
10:02 / 13 Noyabr 2026
102
09:51 / 13 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.