Oktyabrda 9 gün iş olmayacaq
01 Oktyabr 2026, 12:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1167
10.03.2026, 19:58
Novruz bayramına sayılı günlər qalıb. Artıq hər yerdə bayram ab-havası duyulur. Hər bayramda olduğu kimi, Novruzun da ayrılmaz hissəsi bayram süfrəsidir. Bu baxımdan bayram bazarlığı həm göz oxşayan, həm də cibimizi düşündürən bir məsələdir.
Novruz həm də bolluq, bərəkət bayramıdır və hər kəs istəyir ki, bayramı layiqincə qarşılasın. Bayramın atributları olan şəkərbura, paxlava, qoğalın ətri hər bir evdən gəlsin, bayram süfrələrinin şahı qaralı aş dəmlənsin. Təbii ki, bütün bu hazırlıqlar üçün əvvəlcə Novruz alış-verişi etmək lazımdır.
Bəs Novruz süfrəsini açmaq bir ailəyə neçəyə başa gəlir?
Oxu24.com bazarlardakı mövcud qiymətlərlə maraqlanıb.
Qeyd edək ki, artıq bəzi metrostansiyaların yaxınlığında bayram yarmarkaları da quraşdırılıb. Həmin yarmarkalarda bayram bazarlığı üçün lazım olan məhsullar digər bazardakılardan nisbətən ucuzdur.
Qoz - 5 manat, ləpəsi - 15-17 manat
Fındıq 7 manat, ləpəsi – 14-15 manat
Qovrulmuş fındıq ləpəsi – 16 – 17 manat
Badam – 10-11 azn
Badam ləpəsi – 22- 24 manat
Şabalıd - 9 manat
İydə - 7-8 manat
Xurma - 11-15 manat
İnnab – 7-8 manat
Qaysı – 13-14 manat
Yarmarkada meyvə-tərəvəzin qiyməti isə belədir:
Armud - 2 manat
Portağal – 2-3 manat
Kivi - 2.50 – 3 manat
Alma - 1.50 – 2 manat
Naringi - 2.50 -3 manat
Heyva - 2 manat
Banan - 3 manat
Badımcan - 1.80 – 2 manat
Çuğundur - 80 qəpik
Kartof - 1- 1.50 manat
Soğan – 60 qəpik
Novruz bayramının əsas simvollarından olan səmənilərin qiyməti fərqlidir və ölçüsünə, bəzəyinə görə dəyişir.
Beli qırmızılı səməninin orta hesabla birinin qiyməti ən balacası 1 manata, ən böyüyü isə 13 manatdır.
Bayram süfrəsinin şahı plovun və digər xörəklərin hazırlanacağı ərzaqların qiymətləri isə aşağıdakı kimidir:
1 kq düyü 8-10 manat
Yumurta - 19 qəpik
Kənd yumurtası - 30 qəpik
1 kq kərə yağı - 19-20 manat
1 l duru yağ - 4-9 manat
1 kq mal əti - 13-15 manat
1 kq quzu əti - 15-17 manat
Toyuq - 6-7 manat
Şokolad - 10 - 18 manat
Meyvə şirələri - 2-3 manat
Sadaladıqlarımızı təqribi hesablayaraq belə bir nəticəyə gəldik: Novruz bayramına alış-veriş etmək üçün bir ailəyə təxminən 250-300 manat lazımdır.
Yeganə
12:14 / 01 Oktyabr 2026
34
11:44 / 01 Oktyabr 2026
53
11:34 / 01 Oktyabr 2026
61
11:22 / 01 Oktyabr 2026
54
11:12 / 01 Oktyabr 2026
45
10:54 / 01 Oktyabr 2026
56
10:49 / 01 Oktyabr 2026
86
10:43 / 01 Oktyabr 2026
60
10:41 / 01 Oktyabr 2026
437
10:39 / 01 Oktyabr 2026
56
10:31 / 01 Oktyabr 2026
64
10:25 / 01 Oktyabr 2026
67
10:18 / 01 Oktyabr 2026
51
10:09 / 01 Oktyabr 2026
69
10:05 / 01 Oktyabr 2026
221
09:51 / 01 Oktyabr 2026
909
09:50 / 01 Oktyabr 2026
67
09:47 / 01 Oktyabr 2026
76
09:39 / 01 Oktyabr 2026
70
09:32 / 01 Oktyabr 2026
80
09:28 / 01 Oktyabr 2026
69
09:15 / 01 Oktyabr 2026
56
08:56 / 01 Oktyabr 2026
249
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.