Azərbaycana qar YAĞIR
31 May 2026, 10:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1567
10.03.2026, 19:41
Nüvə silahı bəşəriyyətin yaratdığı ən dağıdıcı texnologiyalardan biridir. Tarixdə bunun dəhşətli nəticələri ən aydın şəkildə Hiroşima və Naqasakiyə atom bombası atılması zamanı görülüb. Nüvə bombası partlayan anda yaranan zərbə o qədər güclü olur ki, bir neçə kilometr radiusda olan insanlara ani olaraq zərbə dəyə bilər.
Buna baxmayaraq, mütəxəssislər bildirirlər ki, düzgün və sürətli qərarlar insanın sağ qalma şansını ciddi şəkildə artıra bilər.
Oxu24.com nüvə partlayışından xilas olmaq üçün 4 vacib məqamı diqqətə çatdırır:
Partlayış anı - İlk 1 dəqiqə...
Nüvə partlayışı çox güclü işıq, istilik və təzyiq dalğası ilə müşahidə olunur. İşığı gördüyünüz anda çöldəsinizsə, yerə uzanıb başınızı gizlədin. İşığa qəti baxmaq olmaz, çünki bu işıq insanı kor edir. Partlayış anında içəridəsinizsə, pəncərədən uzaq durun, partlayışın dalğası 30 və ya 60 saniyə sonra gəlir. Həmin anın gəlib-keçməsinə qədər gözləyin.
İlk 10 dəqiqə - Gizlənin!
Partlayışın ilk 10 dəqiqəsi xilas olmaq üçün ən önəmli mərhələdir. Mütləq qapalı bir yerə girməlisiniz. Çünki radioaktiv tozun yerə enməsi təxminən 10 dəqiqə çəkir. Gizlənmək üçün ən ideal yer beton və ya kərpic binaların zirzəmisidir. Əgər zirzəmi yoxdursa, binanın ən mərkəzi nöqtəsinə keçməlisiniz, qapı və pəncərələr bağlanmalıdır. Hissəciklərin çödən içəri daxil olmamaları üçün ən kiçik deşikləri belə tutmaq lazımdır. Avtomobildə gizlənmək sizə kömək etməyəcək. İlk 10 dəqiqədə içəri girə bilməsəniz, hansısa bir obyektin arxasına keçməli, ağız-burnunuzu dəsmalla bağlamalısınız.
İlk 24 saat: Təmizlənin...
Əgər çöldə içəri daxil olmusunuzsa, bütün üst geyimlərinizi çıxarıb plastik bir torbaya qoymalı və ağzını bağlamalısınız. Tez adi su ilə yuyunmaq lazımdır. Şampun və ya saç kremi istifadə etmək olmaz. Kondisioner və havalandırma kimi sistemləri qoşmayın, ancaq ağzı bağlı qida və suları istifadə etmək olar. Böyük ehtimal, internet kəsiləcək, rəsmi xəbərləri radio vasitəsilə dinləyə bilərsiniz.
İlk 48 saat – Gözləyin
Radiasiya ilk 24 saatda önəmli miqdarda azalacaq, amam hələ də ölümcül ola bilər. Olduğunuz məkanı özbaşına tərk etmək, kimisə axtarmaq üçün çölə çıxmaq olmaz, hamı olduğu yerdə gizləməlidir. Rəsmi orqanların hansı bölgənin hansı dərəcədə təhlükəsiz olduğunu təyin etməsini gözləyin, ancaq rəsmi qurumların təxliyə planı ilə hərəkət etməlisiniz. Təxliyə zamanı maska taxın.
Yeganə
10:51 / 31 May 2026
1
10:45 / 31 May 2026
6
10:29 / 31 May 2026
50
10:15 / 31 May 2026
53
10:07 / 31 May 2026
94
10:02 / 31 May 2026
2816
10:00 / 31 May 2026
192
09:38 / 31 May 2026
58
09:26 / 31 May 2026
298
09:20 / 31 May 2026
71
08:58 / 31 May 2026
1219
08:43 / 31 May 2026
255
08:39 / 31 May 2026
90
08:32 / 31 May 2026
1128
08:29 / 31 May 2026
79
08:20 / 31 May 2026
3401
08:12 / 31 May 2026
535
00:26 / 31 May 2026
295
23:57 / 30 May 2026
369
23:53 / 30 May 2026
312
23:50 / 30 May 2026
119
23:35 / 30 May 2026
142
23:21 / 30 May 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.