Naxçıvanda vergi ödəyicilərinin sayı 7 % artıb
13 Noyabr 2026, 13:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
624
10.03.2026, 13:59
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi vətəndaş müraciətləri əsasında "Azərişıq" ASC-də rəqabət qanunvericiliyinin pozulmasına dair iş qaldırıb.
Oxu24.com bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, istehlakçıların elektrik enerjisi borclarına görə elektrik təchizatının qanunvericilikdə nəzərdə tutulmuş müddət gözlənilmədən dayandırılması ilə bağlı "Azərişıq" barədə aparılan araşdırma yekunlaşıb.
Müraciətlərdə qeyd olunub ki, istehlakçıların elektrik enerjisi üzrə borcu hesablandıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət gözlənilmədən elektrik enerjisinin verilişi dayandırılır.
Araşdırmanın nəticələrinə əsasən, rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün təbii inhisar subyekti olan "Azərişıq" barəsində iş qaldırılıb.
Bundan əlavə, Agentliyə daxil olmuş vətəndaş müraciətləri əsasında qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı məsələlər də araşdırılır. Müraciətlərdə həmin obyektlərin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi ilə əlaqədar "Azərişıq" tərəfindən mənfi rəylərin verilməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması ehtimalı göstərilir.
Hazırda bu məsələ üzrə araşdırma davam edir.
13:05 / 13 Noyabr 2026
10
12:57 / 13 Noyabr 2026
36
12:45 / 13 Noyabr 2026
58
12:32 / 13 Noyabr 2026
65
12:20 / 13 Noyabr 2026
57
12:17 / 13 Noyabr 2026
57
12:08 / 13 Noyabr 2026
377
11:55 / 13 Noyabr 2026
82
11:45 / 13 Noyabr 2026
143
11:40 / 13 Noyabr 2026
83
11:21 / 13 Noyabr 2026
270
11:15 / 13 Noyabr 2026
93
11:12 / 13 Noyabr 2026
164
11:00 / 13 Noyabr 2026
95
10:50 / 13 Noyabr 2026
90
10:45 / 13 Noyabr 2026
133
10:39 / 13 Noyabr 2026
109
10:25 / 13 Noyabr 2026
109
10:22 / 13 Noyabr 2026
207
10:20 / 13 Noyabr 2026
95
10:08 / 13 Noyabr 2026
441
10:02 / 13 Noyabr 2026
102
09:51 / 13 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.