Naxçıvanda vergi ödəyicilərinin sayı 7 % artıb
13 Noyabr 2026, 13:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
797
10.03.2026, 12:04
Bu gün Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi general-polkovnik Bəylər Əyyubov 75 illik yubileyini qeyd edir.
Oxu24.com xəbər verir ki, 10 mart 1951-ci il tarixdə Qərbi Azərbaycanın Vedi rayonunun Şirazlı kəndində anadan olan B.Əyyubov sovet illərində daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
O, 20 sentyabr 1993-cü ildə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi rəisinin müavini, 2 iyun 2003-cü ildə isə Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
16 mart 2020-ci ildə isə Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib və onun əsasında yaradılan orqanlardan biri də Prezidentin Təhlükəsizlik Xidməti olub. Bəylər Eyyubov bu qurumun rəisi təyin edilib. O, 2025-ci ilədək quruma rəhbərlik edib.
Həmin ildən general Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi təyin edilib.
Prezidentin müvafiq fərman və sərəncamları ilə Bəylər Eyyubova 1995-ci ildə general-mayor, 2005-ci ildə general-leytenant, 2013-cü ildə isə general-polkovnik ali hərbi rütbələri verilib. O, “Azərbaycan Bayrağı”, “Şərəf”, 1-ci, 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.
13:05 / 13 Noyabr 2026
10
12:57 / 13 Noyabr 2026
36
12:45 / 13 Noyabr 2026
58
12:32 / 13 Noyabr 2026
65
12:20 / 13 Noyabr 2026
57
12:17 / 13 Noyabr 2026
57
12:08 / 13 Noyabr 2026
377
11:55 / 13 Noyabr 2026
82
11:45 / 13 Noyabr 2026
143
11:40 / 13 Noyabr 2026
83
11:21 / 13 Noyabr 2026
270
11:15 / 13 Noyabr 2026
93
11:12 / 13 Noyabr 2026
164
11:00 / 13 Noyabr 2026
95
10:50 / 13 Noyabr 2026
90
10:45 / 13 Noyabr 2026
133
10:39 / 13 Noyabr 2026
109
10:25 / 13 Noyabr 2026
109
10:22 / 13 Noyabr 2026
207
10:20 / 13 Noyabr 2026
95
10:08 / 13 Noyabr 2026
441
10:02 / 13 Noyabr 2026
102
09:51 / 13 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.