Qaynar xətt:

(+99450) 247 90 86

Bu gün Yel çərşənbəsidir 

Bu gün Yel çərşənbəsidir 

CƏMİYYƏT

795

10.03.2026, 00:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycanda üçüncü çərşənbə - Yel çərşənbəsi qeyd olunur.

Oxu24.com  xəbər verir ki, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

İnama görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.

Qeyd edək ki, ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.

Bu il Yaz fəsli Azərbaycana 20 mart 18:45-də daxil olacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.