Naxçıvanda vergi ödəyicilərinin sayı 7 % artıb
13 Noyabr 2026, 13:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
14178
09.03.2026, 23:55
Hərbçilərə tutduqları vəzifəyə və hərbi rütbələrə görə verilən ödənişlərin məbləğinin artırılması təklif olunur.
Oxu24.com xəbər verir ki, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində qeyd olunub ki, hərbi qulluqçuların pul təminatının artırılması, həmçinin mənzil kirayəsi üçün verilən kompensasiyanın məbləğinin yüksəldilməsi məqsədəuyğun hesab edilir. Bununla bağlı məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Məsələ ilə bağlı hərbi ekspert Emin Həsənli Oxu24.com-a bildirir ki, Azərbaycan dövləti hər zaman hərbçilərə xüsusi diqqət və qayğı ilə yanaşır:
“20 ildən artıq qüsursuz xidmət edən hərbçilər mənzillə təmin edilirlər. İpoteka güzəştlərində birinci yerdə hərbçilərdir, şəhid ailələridir, müharibə əlilləridir.
Şəhid ailələrinə və müharibə əlillərinə də mənzillər verilir, müharibə əlillərinə avtomobillər verilir, onlara Prezident təqaüdü verilir. Hərbçilərin, eyni zamanda, uzun müddət yığılıb qalan məzuniyyət pulları verildi və hesab edirəm ki, ərzaq təminatı pullarıdır ki, 2013-cü ildən bəri qalır, o da veriləcəkdir.
Dövlətimiz həm hərbçilərin təminatları — sağlamlığından, tibbi təminatdan tutmuş, maddi-mənəvi təminata qədər, hamısı yüksək səviyyədə asudə vaxtın təşkil edilməsi ilə bağlı addımlar atılır. Və bu addımlar daha da müasir dövrün tələblərinə uyğun artırılacaqdır. Biz Ali Baş Komandanın tapşırığı ilə Türkiyə modelinə keçmişik. Qanunvericilik bazası, hüquqi baza ona uyğunlaşır.
Hər il hərbçilərin pensiya təminatı bilirsiniz ki, əvvəl belə idi ki, pensiyada olan hərbçilər hərbi maaş artdıqca artırdı, sonra cənab Prezidentin müvafiq fərmanına uyğun olaraq, məsələn, bu il 10,3% artdı. Hər il 10%-ə yaxın bu məbləğ artım edəndə hərbçilər artıq bu məsələni yüksək razılıqla qarşılayırlar. Bu proses davam edir, müxtəlif istiqamətlərdə bu proseslər aparılır.
Hesab edirəm ki, gələcəkdə də bu istiqamətdə sistemli, ardıcıl olaraq işlər görüləcək. Aidiyyəti qurumlarda bu müzakirələr gedir və biz yaxın zamanlarda bu istiqamətdə xeyli addımların atıldığının da şahidi olacağıq”.
Çimnaz Telmanqızı
13:05 / 13 Noyabr 2026
10
12:57 / 13 Noyabr 2026
36
12:45 / 13 Noyabr 2026
58
12:32 / 13 Noyabr 2026
65
12:20 / 13 Noyabr 2026
57
12:17 / 13 Noyabr 2026
57
12:08 / 13 Noyabr 2026
377
11:55 / 13 Noyabr 2026
82
11:45 / 13 Noyabr 2026
143
11:40 / 13 Noyabr 2026
83
11:21 / 13 Noyabr 2026
270
11:15 / 13 Noyabr 2026
93
11:12 / 13 Noyabr 2026
164
11:00 / 13 Noyabr 2026
95
10:50 / 13 Noyabr 2026
90
10:45 / 13 Noyabr 2026
133
10:39 / 13 Noyabr 2026
109
10:25 / 13 Noyabr 2026
109
10:22 / 13 Noyabr 2026
207
10:20 / 13 Noyabr 2026
95
10:08 / 13 Noyabr 2026
441
10:02 / 13 Noyabr 2026
102
09:51 / 13 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.