Baş nazir bu şəxslərin əməkhaqları ilə bağlı QƏRAR İMZALADI
22 İyul 2026, 22:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
707
09.03.2026, 14:43
Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
DİM-dən Oxu24.com-a verilən xəbərə görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4311 imtahan zalı ayrılıb.
İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılışı rejimi əməkdaşı (mühafizə), 236 bina nümayəndəsi ayrılıb.
İmtahanda 52 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
Bu gün saat 15:30-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Şagirdlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.
Martın 10-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.
İlkin məlumatlara əsasən, 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallar protokollaşdırılıb və araşdırma aparılır.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında), həmçinin etalon cavabları canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.
Qeyd edək ki, imtahanda 58138 şagirdin iştirakı nəzərdə tutulurdu.
23:48 / 22 İyul 2026
1
23:10 / 22 İyul 2026
72
22:31 / 22 İyul 2026
76
22:16 / 22 İyul 2026
76
21:55 / 22 İyul 2026
75
21:24 / 22 İyul 2026
76
20:38 / 22 İyul 2026
91
20:19 / 22 İyul 2026
71
19:53 / 22 İyul 2026
77
19:11 / 22 İyul 2026
114
18:52 / 22 İyul 2026
115
18:34 / 22 İyul 2026
123
18:22 / 22 İyul 2026
114
18:14 / 22 İyul 2026
119
18:10 / 22 İyul 2026
141
18:00 / 22 İyul 2026
169
17:47 / 22 İyul 2026
100
17:30 / 22 İyul 2026
109
17:28 / 22 İyul 2026
118
17:20 / 22 İyul 2026
105
17:07 / 22 İyul 2026
109
17:04 / 22 İyul 2026
103
16:58 / 22 İyul 2026
1940
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.