Gecə 2-də işıqlar SÖNƏCƏK
12 Aprel 2026, 00:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
623
02.03.2026, 17:20
Naxçıvan Dövlət Universitetinin “Ümumi hüquq” kafedrasının müəllimi, hüquqşünas-tədqiqatçı Yunis Xəlilovun “Dünyagörüşü atlası” adlı irihəcmli kitabı Bakıda çapdan çıxıb.
Müəllif girişdə qeyd edir ki, “bundan 6 il öncə “Dünyagörüşü ilə bağlı 1111 sual – 1111 cavab” adlı kitabımızla (Naxçıvan, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2019, 168 s.) görüşünüzə gələrkən qeyd etmişdik ki, “dünyagörüşü çox geniş diapazona malik olan bir sahədir və ona dair hər şeyi bir kitabda əhatə etmək, təbii ki, mümkün deyil”. Həmin nəşrə göstərilən yüksək maraq, müxtəlif yaş qrupları və ixtisas sahiblərindən aldığımız dəyərli rəylər və insanların bilik axtarışında daha çox istiqamətə ehtiyac duyduğunu ifadə edən fikirlər bizi daha geniş və hərtərəfli yeni bir kitab hazırlamağa sövq etdi”.
Elmi redaktoru filologiya elmləri doktoru Fərman Xəlilov, rəyçiləri tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev və hüquşünas Əli Qədimov olan kitaba ayrı-ayrı mövzular üzrə təsnif edilmiş 50 başlıq daxilinə 2200-dən çox suala cavablar daxil edilib, eləcə də 6 bölmə əlavə olunub. Ümumilikdə 15000-dən çox informasiya bazasını ehtiva edən kitaba daxil edilən hər bir sual yalnız qısa və konkret cavabla məhdudlaşmır, mövzunun mahiyyətini daha dolğun açmaq üçün həmin sualın ətrafında əlavə ensiklopedik bilgilər, tarixi faktlar, maraqlı qeydlər və oxucunun dünyagörüşünü genişləndirən zəngin məlumatlar da təqdim olunur.
Bunun üçün klassik və müasir elmi ədəbiyyatlar, akademik ensiklopediyalar, elmi monoqrafiyalar və dərsliklər, mövzu ilə bağlı əlaqədar kitablar, beynəlxalq təşkilatların rəsmi informasiya bazaları, Azərbaycan Respublikasının və digər ölkələrin qanunvericilik aktları, nüfuzlu elektron resurslar, internet portalları və saytları müqayisəli şəkildə araşdırılıb, məlumatların dəqiqliyi, obyektivliyi və aktuallığına maksimum həssaslıqla yanaşılıb, hər faktın etibarlılığı dəfələrlə yoxlanılıbdır.
Kitabın hazırlanmasında yerli resurslarla (elmi ədəbiyyatlar, akademik ensiklopediyalar, elmi monoqrafiyalar və dərsliklər, mövzu ilə bağlı əlaqədar kitablar) yanaşı, xarici qaynaqlara, xüsusilə də “Encyclopaedia Britannica”, “Oxford Reference”, “National Geographic”, “Smithsonian Institution”, “Stanford Enyclopedia of Philosophy”, “World Atlas”, “NASA”, “UNESCO”, “CİA World Factbook”, “Merriam-Webster Dictionary” kimi etibarlı mənbələr də daxil olmaqla çoxsaylı məlumat bazalarına və platformalarına nəzər salınıb, Azərbaycan və xarici dillərdə olan bir çox elmi ədəbiyyat bazasından faydalanılıb.
Kitabın əhatə dairəsi olduqca genişdir və demək olar ki, müasir dünyagörüşünün bütün əsas istiqamətlərini özündə birləşdirir. Burada Azərbaycan və dünya tarixi, hüquq, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyaları və qanunvericiliyi, maliyyə və iqtisadiyyat, beynəlxalq münasibətlər, Azərbaycan və dünya ədəbiyyatı, dilçilik, mədəniyyət, Azərbaycan və dünya coğrafiyası, dünya ölkələri, kimya, fizika, biologiya və tibb elmləri, riyaziyyat və həndəsə, astronomiya və kainat elmləri, fəlsəfə, məntiq və psixologiya, kompyuter, internet və kibermühit, süni intellekt və yeni texnologiyalar, dinlər tarixi və dinşünaslıq, sosiologiya, rəssamlıq, musiqi aləmi, idman oyunları, gündəlik məişət, adət-ənənələr və digər sahələr üzrə məlumatlar sual-cavab formatında təqdim edilir.
Hər sual tərtib edilərkən onun həm maarifləndirici dəyərinə, həm praktik faydasına, həm də oxucu üçün maraq doğurma potensialına diqqət yetirilib. Sual-cavabların strukturu elə formada qurulub ki, oxucu həm yeni bilik əldə edə, həm də mövcud biliklərini sistemləşdirə bilsin. Təsadüfi deyil ki, bu kitabın əhəmiyyəti də elə burada – faktların səliqəli, lakonik və sistemli şəkildə təqdim edilməsindədir.
Həmçinin oxuyun
Kitab geniş auditoriyanı nəzərə alaraq hazırlanıb. Ondan məktəblilər və valideynlər, müəllimlər və tələbələr, elmi araşdırma aparanlar, dövlət qulluğuna hazırlaşanlar, intellektual yarışlara qatılanlar, ümumi dünyagörüşünü inkişaf etdirmək istəyən şəxslər, müxtəlif sahələrdə çalışan peşə sahibləri bəhrələnə bilərlər.
00:25 / 12 Aprel 2026
298
00:15 / 12 Aprel 2026
252
00:12 / 12 Aprel 2026
99
00:09 / 12 Aprel 2026
80
00:03 / 12 Aprel 2026
179
23:50 / 11 Aprel 2026
22502
23:47 / 11 Aprel 2026
110
23:33 / 11 Aprel 2026
98
23:26 / 11 Aprel 2026
153
23:22 / 11 Aprel 2026
197
23:09 / 11 Aprel 2026
98
23:08 / 11 Aprel 2026
103
23:01 / 11 Aprel 2026
205
22:48 / 11 Aprel 2026
684
22:46 / 11 Aprel 2026
94
22:39 / 11 Aprel 2026
83
22:34 / 11 Aprel 2026
96
22:32 / 11 Aprel 2026
551
22:19 / 11 Aprel 2026
211
22:18 / 11 Aprel 2026
358
22:07 / 11 Aprel 2026
215
22:03 / 11 Aprel 2026
115
22:02 / 11 Aprel 2026
1339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.