Aprel bu bürclər üçün uğurlu olacaq
22 Mart 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
995
02.03.2026, 14:24
Şagirdlərin çanta yükünün azaldılması üçün dərs vəsaitlərinin optimallaşdırılması təklif olunur.
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə yer alıb.
Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Oxu24.com-a münasibət bildirib.
“Bu bizdə artıq bir ənənəyə çevrilib. Valideynlər uşaqlarını müəllim yanına göndərməyə və yaxud fərqli müəllimlərin vəsaitlərindən istifadə etməyə maraqlı olurlar.
Beləliklə, məktəbdə müəllim də həmin öz marağında olan vəsaitlərin, eləcə də test banklarının sinifdə şagirdlərə işlədilməsi istiqamətində, demək olar ki, ya əməkdaşlıq edir, ya özünə rahatlıq olsun deyə həmin vəsaitləri şagirdlərə aldırır, ya da uşağın oxuyub-bilməsini istəməsi üçün bunu aldırıb orta məktəbə gətirir.
Mən düşünürəm ki, birmənalı olaraq bəzi vəsaitlərin, test banklarının məktəbə gətirilməsinə məhdudiyyət tətbiq olunmalıdır. Çünki, hazırda Elm və Təhsil Nazirliyinin vəsaitləri və bununla yanaşı, Dövlət İmtahan Mərkəzinin sinif testləri mövcuddur ki, orta məktəbdə bunun keçirilməsinə icazə verilir.
Digər fərqli vəsaitlərə əgər məhdudiyyət tətbiq olunmazsa, hər bir müəllim istənilən vəsaiti məktəbə gətirmək istəyəcək. Yəni bu, tutaq ki, bu sinfin riyaziyyat müəllimi bir, başqa bir müəllimin marağında olduğu başqa bir müəllimin vəsaitini gətirəcək. Sabah həmin müəllim dəyişdiyi təqdirdə, başqa bir müəllim gəldiyi təqdirdə, o başqa bir sahibkarın vəsaiti gətirəcək, bir test bankı gətirəcək. Yəni bu şəkildə artıq istər-istəməz yük valideynə düşmüş olacaq.
Ona görə də bu vəsaitlərin orta ümumtəhsil məktəblərindən Elm və Təhsil Nazirliyi tərəfindən yığışdırılması lazımdır. Bunun əvəzinə ya sinif testləri və yaxud Elm və Təhsil Nazirliyi lazımi tapşırıqlar kitabı nəşr edər, və yaxud da ki, buna ehtiyac da olmaz.
Bizdə bunları uşağa yükləməyin mənası yoxdur. Bunu müəllim də birmənalı olaraq bilməlidir, valideyn də bilməlidir. Uşağı çox yükləməyin həqiqətən heç bir mənası yoxdur. Müşahidə edirsinizmi? Yəni bizdə ibtidai sinifdən artıq uşaq ciddi bir şəkildə yüklənir.
Əslində bunun da müxtəlif səbəbləri var, əlbəttə ki, qəbul imtahanı qorxusu var. Bizdə valideyndə də, müəllimdə də, şagirddə də qəbul imtahanı qorxusu var. "Mən qəbulda yaza bilmərəm", "Qəbulda daha çətin düşər", "O çətinliyə qarşı mən indidən hazırlaşmalıyam", "Mən indidən təməl atmalıyam" və ibtidai sinifdən artıq müəllim yanına gedir uşaq, və yaxud kurslara yazılır, və yaxud da ki, fərqli materiallarla tanış olmağa çalışır.
Məncə, bu ənənənin sönməsi üçün Dövlət İmtahan Mərkəzinin qəbul imtahanında müəyyən düzəlişlər etmək lazımdır. Eyni fənn üzrə əlavə vəsaitlərin çoxluğu nə ilə bağlıdır? Eyni fənn üzrə əlavə vəsaitlərin çoxluğu sahibkarlar tərəfindən ciddi kitab və yaxud test banklarının satılması istiqamətində ciddi rəqabətin formalaşmasıdır. Yəni, bu rəqabət istər-istəməz bir-birləri ilə rəqabətə girmələri, "daha yaxşı mənim vəsaitim olsun", "daha çox satılan mənim vəsaitim olsun" düşüncəsi ilə. Bu da istər-istəməz bəzi müəllimlərin marağını cəlb edir.
Həmçinin oxuyun
Bunların heç birinə ehtiyac yoxdur. Bu mənim şəxsi fikrimdir. Bəli, yuxarı sinif şagirdləri, hazırlıq kursları və yaxud repetitor yanına hazırlaşanların, əlbəttə ki, ehtiyacı var. Xüsusilə Dövlət İmtahan Mərkəzinin vəsaitlərinə ehtiyac var. Dövlət İmtahan Mərkəzinin vəsaitləri, test bankları, hesab edirəm ki, kifayət qədər bəs edir”,-deyə ekspert bildirib.
Tədris vəsaitinin optimallaşdırılması praktikası necə həyata keçirilə bilər?
"Artıq elektron lövhə bəzi məktəblərimizdə var. Türkiyə modelinə keçməliyik. Türkiyədə artıq bilirsiniz, kitab-dəftər, demək olar ki, məktəbə aparılmır. Elektron planşetlər var. Elektron planşetlərdə bütün mövzular, kitablar yüklənir. Yəni elektron formada kitablar şagirdin elektron planşetində olur. Şagird metroda da həmin planşeti açıb dərsi oxuya bilir, tapşırığını yaza bilir. Və yaxud hansısa başqa bir yerə getdiyi təqdirdə ağır çantanı götürmür, planşeti götürür və gedib orada oturub tapşırığını yaza bilir.
Yəni bu, şagirdə çox böyük üstünlüklər verə bilər. Ona görə düşünürəm ki, biz artıq vəsaitlərdən kənara çıxsaq, dərslikləri qoyub bir kənara, elektron planşetə bütün dərslikləri yükləyib, şagirdin elektron planşet vasitəsilə tədris prosesini həyata keçirməsini təmin etsək daha yaxşı olar. Bunun üçün o qədər vəsait tələb olunur ki, Təhsil Nazirliyi hər il orta təhsil məktəblərində dərsliklərin nəşri üçün müəyyən qədər vəsait ayırır. Yəni bu ayrılan vəsaitləri elektron planşetlərdə verərək, müəyyən qədər şagirdləri elektron planşetlərlə təmin edə bilərik.
Eləcə də orta təhsil məktəblərində elektron planşetlərlə dərs keçirilirsə, mütləq elektron lövhələr də olmalıdır. Yəni, bəlkə də üç-beş ilin kitab nəşrini elektron lövhələrlə əvəz etmək çox daha rahat olar”,-deyə o,bildirib.
Müəllimlər əlavə vəsait seçimində nə dərəcədə sərbəstdirlər?
"Tam sərbəstdirlər. Hazırda müəyyən məhdudiyyətlər yoxdur. İstənilən müəllim istənilən əlavə vəsaitin orta təhsil məktəbinə gətirilməsini təmin edə bilir. Fikrimcə, buna müəyyən məhdudiyyətlər tətbiq olunmalıdır”,-deyə Ramin Nurəliyev bildirib.
İbtidai siniflər üçün ayrıca yüngülləşdirilmiş proqram hazırlanması mümkündürmü?
"Ümumiyyətlə, ibtidai sinif şagirdləri üçün əlavə vəsaitlər və yaxud əlavə hazırlıq, əlavə kitablar lazım deyil. Hesab edirəm ki, bu istiqamətdə valideynlər də, müəllimlər də xüsusi diqqətli olmalıdırlar”,-deyə o,fikirlərini yekunlaşdırıb.
Çimnaz Telmanqızı
23:57 / 22 Mart 2026
3
23:55 / 22 Mart 2026
15
23:41 / 22 Mart 2026
38
23:31 / 22 Mart 2026
47
23:28 / 22 Mart 2026
46
23:24 / 22 Mart 2026
373
23:19 / 22 Mart 2026
48
23:02 / 22 Mart 2026
78
23:00 / 22 Mart 2026
49
22:43 / 22 Mart 2026
65
22:36 / 22 Mart 2026
2286
22:31 / 22 Mart 2026
100
22:27 / 22 Mart 2026
59
22:23 / 22 Mart 2026
80
22:20 / 22 Mart 2026
52
21:58 / 22 Mart 2026
86
21:45 / 22 Mart 2026
1000
21:41 / 22 Mart 2026
306
21:39 / 22 Mart 2026
114
21:28 / 22 Mart 2026
71
21:27 / 22 Mart 2026
202
21:23 / 22 Mart 2026
256
21:17 / 22 Mart 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.