Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb
01 Oktyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1372
26.02.2026, 17:15
Hazırda sosial şəbəkələrdə, televiziya kanallarında və mətbuatda Qarabağ hadisələri və Xocalı soyqırımı ilə bağlı videoların çoxunun müəllifi olan müharibə iştirakçısı, Azərbaycan Ordusunun ilk hərbi operatoru Seyidağa Mövsümlünü bu gün xatırmamaq olmaz.
Oxu24.com saytı tanınmış jurnalistin xanımı Nazilə Mövsümlü ilə söhbət edib.
Xanım bildirib ki, 2 gündür ki, gözlərim ekranlardadır.
"Xocalı ilə bağlı çəkilişləri yenidən izləyirəm. Çəkilişlərin böyük hissəsinin Seyidağa müəllimə məxsus olduğu hamıya bəllidir. Hətta videoların alt hissəsində müəllifin adı yazılıb. Gözləyirəm ki, bir dəfə biri “Seyidağa müəllim, sözün həqiqi mənasında Xocalı çəkilişlərində ən fəal biri olub” kəlməsi desin”.
Nazilə xanım vurğulayır ki, Seyidağa həm işinin peşəkarı idi, həm də vətəninə -xalqına bağlı bir insan idi.
"Qarabağda döyüş başlayan gündən o rahat ola bilmədi. Çünki əvvəldən xalqının yanında olub. Hələ xalq hərəkatı başlayandan meydanlarda olub, həm operator kimi, həm müstəqillik uğrunda mübarizə aparan vətəndaş kimi xalqının yanında olub. Onun Azadlıq meydanında, 1990-ci il sovet ordusunun Bakıya işğalçı hücumu zamanı, Naxçıvandakı olaylarla bağlı videoçəkilişləri hazırda bir tarixi dönəmin sübutudur. Dövlət televiziyasında işləyərkən Qarabağa gedirdi.
1988-ci ildən başlayaraq Qarabağ sanki onun evi oldu. Oradakı insanlarla bağlı, döyüşçülərlə bağlı, rus və erməni birliklərinin xaraba qoyduğu kənd və şəhərlərlə bağlı çəkilişləri ən çox baxılan TV- materiallardan olub. Ezamiyyətdən gələndə geri qayıtmaq üçün çalışırdı. Elə bil əzizlərini Qarabağda qoyub gəlmişdi. Çəkilişləri təhvil verib yenidən Qarabağa yollanırdı. Bir dəfə gələndə isə dedi ki, day çəkilişlə qurtardıq, gedib əlimdə silah döyüşəcəyəm. Dözmədi getdi. Azərbaycan Müdafiə Nazirliyi ilk batalyon yaratmışdı - Şıxov batalyonu… Bax, o batalyonun ilk könüllülərindən olub. Bu batalyonda ermənlərə qarşı döyüşlərdə döyüşüb”.
Nazilə xanım həyat yoldaşının 19 fevral 1992-ci ildə general Zaur Rzayevin təklifi ilə nazirliyin mətbuat mərkəzində operator kimi işə başlamasından sonra bir nüansı da xatırlayıb.
Xocalı faciəsindən xeyli sonra Seyidağa evə gəlmişdi. Qapını açıb onu görəndə göz yaşlarımı saxlaya bilmədim. Onu Qarabağa yola salanda saçları qapqara idi, indi isə qapının ağzında demək olar ki, ağ saçlı bir adam dayanmışdı.Həmin günlərdə bildik ki, Xocalı faciəsinin verdiyi stressdən Seyidağa şəkər xəstəliyinə də tutulub. Çünki ondan əvvəl o qanlı mənzərəni heç kim çəkməyib. O vaxt ordakı şahidlər də təsdiq ediri ki, Seyidağa Xocalı Soyqrımı ilə bağlı fevralın 26-da çəkdiyi kasseti AzTV-nin Qarabağ bölgəsi üzrə müxbiri Allahverdi Əsədova verib, amma həmin dəhşətli mənzərəni onsuz da travma almış insanlara göstərmək olmazdı. Milli Qəhrəman Çingiz Mustafayev Seyidağadan 2 gün sonra fevralın 28-də həmin ərazidə məlum mənzərəni lentə ala bilmişdi. Seyidağanın çəkilişləri televiziya üçün məqbul olmadığından o, 1993-cü ildə çəkdiyi kadrlar əsasında “Xocalı Əsrin Faciəsi”adlı filmini çəkdi. Seyidağa Qarabağ hadisələrinə qədər çox sağlam, gümrah biri olub. Amma Xocalı faciəsi deyərdim ki, onun ömrünü ”yedi", həyatını bitirdi. 63 yaşında … Seyidağa Mövsümlü Qarabağda həm vətəndaş kimi, həm zabit kimi, həm də tarixi kameraya köçürən səriştəli bir operator kimi xalqın yaddaşında yaşayacağına əminəm”-deyə Nazilə Mövsümlü vurğulayıb.
Əntiqə Rəşid
22:14 / 01 Oktyabr 2026
1
22:07 / 01 Oktyabr 2026
25
21:42 / 01 Oktyabr 2026
49
21:41 / 01 Oktyabr 2026
56
21:31 / 01 Oktyabr 2026
49
21:29 / 01 Oktyabr 2026
50
21:26 / 01 Oktyabr 2026
67
21:25 / 01 Oktyabr 2026
49
21:19 / 01 Oktyabr 2026
56
21:15 / 01 Oktyabr 2026
55
21:08 / 01 Oktyabr 2026
57
20:59 / 01 Oktyabr 2026
60
20:50 / 01 Oktyabr 2026
62
20:45 / 01 Oktyabr 2026
84
20:35 / 01 Oktyabr 2026
66
20:27 / 01 Oktyabr 2026
162
20:19 / 01 Oktyabr 2026
90
20:16 / 01 Oktyabr 2026
66
20:07 / 01 Oktyabr 2026
72
20:05 / 01 Oktyabr 2026
73
19:57 / 01 Oktyabr 2026
63
19:53 / 01 Oktyabr 2026
66
19:47 / 01 Oktyabr 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.