Qaynar xətt:

(+99450) 247 90 86

Son bir ildə Naftalan Reabilitasiya Mərkəzində əlilliyi olan 5 400-dən çox şəxsə xidmət göstərilib 

Son bir ildə Naftalan Reabilitasiya Mərkəzində əlilliyi olan 5 400-dən çox şəxsə xidmət göstərilib 

TİBB

83

19.02.2026, 20:30

Son bir ildə Naftalan Reabilitasiya Mərkəzində əlilliyi olan 5400-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib.

Oxu24.com  xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Aygün Abdullayeva Naftalan Reabilitasiya Mərkəzinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, postmüharibə dövründə mərkəzdə müharibə ilə əlaqədar əlilliyi olan 400-dək şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.

Qeyd olunub ki, 25 çarpayılıq mərkəzdə əlilliyi olan şəxslərin tibbi, sosial-psixoloji reabilitasiyası həyata keçirilir. Müəssisədə müalicəvi bədən tərbiyəsi, fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elektrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), müalicəvi masaj, hovuz, psixoterapiya, loqoped, əmək terapiyası və s. istiqamətlərdə xidmətlər göstərilir.

Mediatur çərçivəsində media nümayəndələri mərkəzdə yaradılan şəraitlə, burada göstərilən tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri ilə tanış olublar.Report