Qaynar xətt:

(+99450) 247 90 86

Dəhşətli qəza: Həyatını itirənlər var 

CƏMİYYƏT

1600

10.05.2025, 14:05

Şabran rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Oxu24.com-un  məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində Şabran rayonu, Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər ölüblər. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Onlar qardaşdılar.

(Report)