Prezidentin Fərmanı nəyi DƏYİŞİR? - Ekspert mühüm DETALI AÇIQLADI
18 Noyabr 2026, 21:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
452
10.05.2025, 09:44
İqlim dəyişikliyi səbəbindən ölümcül göbələk bütün Avropaya yayıla bilər.
Oxu24.com xəbər verir ki bu barədə “İndependent” yazıb.
Nəşrin məlumatına görə, Mançester Universitetinin tədqiqatçıları tərəfindən aparılan yeni araşdırma iqlim dəyişikliyinin təhlükəli nəticəsi barədə xəbərdarlıq edir. Belə ki, alimlər əvvəllər təhlükə olmayan bölgələrdə ölümcül göbələk infeksiyalarının diapazonunun genişləndiyini bildirirlər.
Alimlər insanlarda tənəffüs sistemi və digər orqanların ağır xəstəliklərinə səbəb ola bilən Aspergillus cinsinin göbələklərinə diqqət çəkiblər.
2100-cü ilə qədər ən təhlükəli növlərdən biri olan Aspergillus fumigatusun yayılma sahəsinin qlobal istiləşmə səbəbindən 77% artacağı proqnozlaşdırılır. Bu, təkcə Avropa qitəsində doqquz milyona yaxın insanın sağlamlığı üçün təhlükə yaradacaq.
Bu mikroorqanizmlər xroniki ağciyər xəstəlikləri, immun çatışmazlığı yaşayanlar və immuniteti zəif olan insanlar üçün xüsusi təhlükə yaradır.
Tədqiqatçılar qeyd edirlər ki, Aspergillusun bir çox növünün çoxalması üçün optimal temperatur 37 dərəcədir ki, bu da insan bədəninin temperaturu ilə eynidir. Bu xüsusiyyət onları insan orqanizmini uğurla kolonizasiya etməyə qadir olan xüsusilə təhlükəli patogenlər edir.
Mançester Universitetindən Norman van Reyn qeyd edir ki, yoluxucu xəstəliklərin xəritəsi yaxın onilliklərdə köklü şəkildə dəyişə bilər.
Problemin iqtisadi tərəfi də var. Aspergillus flavus kimi bəzi növlər taxıl bitkilərinə hücum edərək kənd təsərrüfatı üçün təhlükə yaradır. Onun yayılma sahəsinin Şimali Çin, Rusiya, Skandinaviya və Alyaskaya qədər genişlənəcəyi proqnozlaşdırılır.
Eyni zamanda, Afrika və Braziliyada bu göbələyin ənənəvi yaşayış yerləri gələcəkdə onun üçün daha az əlverişli ola bilər ki, bu da yerli ekosistemlərdə dəyişikliklərə səbəb olacaq. /Publika.az
22:11 / 18 Noyabr 2026
13
21:55 / 18 Noyabr 2026
40
21:53 / 18 Noyabr 2026
83
21:40 / 18 Noyabr 2026
69
21:26 / 18 Noyabr 2026
67
21:20 / 18 Noyabr 2026
72
21:09 / 18 Noyabr 2026
75
21:03 / 18 Noyabr 2026
98
20:53 / 18 Noyabr 2026
104
20:50 / 18 Noyabr 2026
88
20:45 / 18 Noyabr 2026
234
20:42 / 18 Noyabr 2026
116
20:40 / 18 Noyabr 2026
100
20:34 / 18 Noyabr 2026
104
20:28 / 18 Noyabr 2026
97
20:19 / 18 Noyabr 2026
599
20:05 / 18 Noyabr 2026
131
19:56 / 18 Noyabr 2026
120
19:41 / 18 Noyabr 2026
108
19:36 / 18 Noyabr 2026
108
19:36 / 18 Noyabr 2026
103
19:26 / 18 Noyabr 2026
118
19:19 / 18 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.