Kişilərin sevdiyi bu içki insanı məhv edir
27 Aprel 2025, 09:37
Qaynar xətt:
(+99450) 247 90 86Yazıçı Nəcibə İlkin nazirə müraciətində nə yazır? — MƏKTUB
CƏMİYYƏT
1010
14.04.2025, 17:18
“Əsrin möcüzəsi və üç dəniz əfsanəsi” dram əsərinin faciəli taleyi
Nə üçün və hansı ixtiyarla Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş bu dram əsərin illərlə bilərəkdən tamaşaya qoyulmasının qarşısı alınmışdır?
Hörmətli Mədəniyyət Naziri!
Əsərləri Azərbaycanda Akademik Milli Dram, Akademik Musiqili, Gənc Tamaşaçılar Teatrı və başqa teatrlarda, eləcə də Türkiyənin İstanbul şəhərində Sarıyer Bələdiyyə, Çəmbərlitaş FKM və başqa teatrlarında uğurla tamaşaya qoyulmuş 86 yaşlı görkəmli yazıçı-drama¬turq Marat Haqverdiyevin Ulu öndərimiz, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “Əsrin möcüzəsi və üç dəniz əfsanəsi” adlı dram əsərinin acınacaqlı və faciəli taleyindən danışacam. Hansı ki, bu dram əsərinə film ssenari yazmış müəllif onun ekranlaşdırılması xahişi ilə Kino Agentliyinə təqdim etmiş, lakin Ulu Öndərin adına yazlan bu yeganə (alternativi olmayan) bədii əsərin (bədii film ssenarisinin) taleyini tələb olunan yüksək səviyyədə, yəni Prezident Administra¬si¬yası və Mədəniyyət Nazirliyi səviyyəsində həll etmək əvəzinə, hörmətsizlik göstərərək əsərin taleyinin həllini adi, növbəti ssenarilərə aid olan səviyyəyə salıb və 27.12.2024-cü il tarixli məktubu ilə gələcəkdə, müsabiqədə iştirak etməyini tövsiyə etmişdir. Bu barədə keçmiş yazımda qeyd etmişdim.
Cənab Nazir!
Nəzərinizə çatdırım ki, AzTV və başqa televiziya kanalları ilə dəfələrlə nümayiş etdirilmiş “Qarabağ şikəstəsi”, “Səninlə və sənsiz”, “Səni gözləyirəm” və başqa bədii televiziya filmlərinin ssenari müəllifi olan M.Haqverdiyev yaradıcılığının böyük bir hissəsi Ulu Öndərimiz Heydər Əliyevin dövlətçilik fəaliyyəti ilə bağlıdır.
Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Üç dəniz əfsanəsi” əsərini (dram və bədii film ssenarisi) yazmışdır.
Xüsusilə məsul və müstəsna əhəmiyyət kəsb etdiyinə görə “Üç dəniz əfsanəsi” əsəri bir qayda olaraq teatr səviyyəsində deyil, tələb olunan yüksək səviyyədə - Prezident Administrasiyası (siyasi şöbə) və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən siyasi və bədii cəhətdən bəyənilərək Nazirliyin 2013-cü il üçün təsdiq etdiyi Repertuar planına daxil edilmiş, əsərin hazırlanması Gəncə Dövlət Dram Teatrına həvalə edilmiş və əsər həmin teatrın səhnəsində tamaşaya qoyulmuşdur. Lakin o zamanlar teatrın maddi və texniki bazası zəif, aktyorları az olduğuna görə əsər tam şəkildə səhnədə əks olunmamışdır.
Diqqətinizə çatdırmaq istəyirəm ki, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, çox hörmətli Fərəh xanım Əliyeva, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, sənətşünaslıq doktoru, çox hörmətli Ədalət Vəliyev, Mədəniyyət Nazirliyində müvafiq olaraq nazir müavini və incəsənət şöbəsinin rəisi vəzifəsində çalışarkən “Üç dəniz əfsanəsi” əsərini bəyənmiş və öz imzaları ilə təsdiq etmişdilər.
Azərbaycan Yazıçılar Birliyinin «Literaturnı Azərbaycan» aylıq ədəbi-bədii jurnalı “Üç dəniz əfsanəsi” (“Legenda tryox morey”) dram əsə¬¬rini bəyənərək “Əsrin Müqaviləsi”nin 25 illiyi (Kontrakt Veka – 25) müna¬si¬bətilə 2019-cu ilin oktyabr ayında tam həcmdə rus dilində çap etmişdir. Sonra müəllif M.Haqverdiyev Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq “Üç dəniz əfsanəsi” üzərində əsaslı surətdə yenidən işləyərək onu “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” adlı daha mükəmməl ekran və səhnə əsərinə çevirmişdir.
Xüsusilə onu da yüksək nəzərinizə çatdırmaq istəyirəm ki, Milli Məclisin deputatı, akademik, çox hörmətli Nizami Cəfərovun rəhbərlik etdiyi Atatürk Mərkəzi “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dram əsərini bəyənmiş və onun göstərişi ilə “Elm və təhsil” nəşriyyatı bu dramı ayrıca kitab şəklində çap etmişdir.
Qeyd etmək istəyirəm ki, əsərin əsas mahiyyəti Azərbaycanın yeni neft strategiyası, qüdrətli dövlət rəhbəri Heydər Əliye¬vin böyük nüfuzu və siyasi iradəsi sayəsində dünyada analoqu olmayan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinin gerçəkləşməsi yolunda yaranan ciddi maneə və problemlərin, terror və təxribatların aradan götü¬rülməsi, müqəddəs dinimizə, milli-mənəvi dəyərlə¬rimizə göstərilən daimi diqqət və qayğı, ölkəmizdə hökm sürən dini, milli tolerantlıq, eləcə də çoxəsrlik tarixində özünün ən uğurlu və parlaq dövrünü yaşayan azad və müstəqil Azərbaycan həqiqətləri – Respublikamızın Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrinin dinamik inkişafında qazandığı misilsiz nailiyyətlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən Qarabağ torpaqlarının işğaldan azad olunması, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığından ibarətdir.
Görkəmli dramaturq M.Haqverdiyevin bu dram əsərinin geniş yaradıcılıq imkanları olan paytaxt teatrlarının birində tamaşaya qoyulması xahişi ilə Mədəniyyət Nazirliyinə olan müraciətinə (21.07.2023-cü il tarixli məktubuna) Nazirlikdən aldığı cavab (4 avqust 2023-cü il tarixli məktub) belə olub:
“Bildiririk ki, teatr-tamaşa müəssisələrinin repertuar planının müəyyənləşdirilməsi məqsədilə dramaturqların təqdim etdiyi əsərlərə Nazirliyin nəzdində yaradılmış Komissiya tərəfindən baxılması nəzərdə tutulmuşdur. Müəllifi olduğunuz “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dram əsərinizə adı çəkilən komissiyada müva¬fiq qaydada baxılacaqdır. Nəzərə almağınızı xahiş edirik”.
Lakin 8 aydan artıq vaxt keçsə də, müəllifin saysız-hesabsız cəhdlərinə baxmayaraq, “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dram əsəri barədə nə Nazirlik, nə də komissiya tərəfindən heç bir rəsmi məlumat ala bilməmişdir. Niyə və nə üçün? Bəs bu komissiya hansı işlə məşğul olur ki, belə əsərə baxış keçirməyə vaxt tapmır?
Göründüyü kimi komissiyanın və nazirliyin bəzi işçilərinin əsas məqsədi sonu görünməyən süründürməçiliklə ən yüksək səviyyələrdə bəyənilmiş, “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsərinin tamaşaya qoyulmasının qarşısını almaqdır. Və buna artıq heç bir dəlil-sübut gətirilmədən asanlıqla nail ola bilmişdir, yəni “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsəri Nazirliyin nə “Heydər Əliyev ili”-ndə (2023-cü ildə), nə də “Əsrin Müqaviləsi”-nin 30 illiyində (2024-cü ildə) repertuar planına daxil edilməmişdir.
Onu da təəssüflə qeyd etmək lazımdır ki, müasir və müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın Dahi Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq “Üç dəniz əfsanəsi” dram əsərinin Akademik Milli Dram Teatrında tamaşaya qoyulması xahişi ilə müəllifin teatra rəsmi müraciəti – 12 dekabr 2022-ci il tarixli məktubu da orada baş alıb gedən özbaşınalıq və sonu görünməyən süründürməçilik ucbatından bu günə kimi cavabsız qalıb.
Sonra müəllif komissiya və onu dəstəkləyən Mədəniyyət Nazirliyi tərəfindən yol verilən yuxarıda qeyd olunan təkzibolunmaz, qanunazidd, ziyankar əməllərə, son qoyulması xahişi ilə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə rəsmən – 2 may 2024-cü il tarixli məktubla müraciət etmişdir.
Respublikamızın Prezident Administrasiyasının Humanitar siyasət, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, çox hörmətli Fərəh xanım Əliyevanın rəsmi göstərişinə əsasən Mədəniyyət Nazirliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevə ünvanlanan bu məktuba baxmalı və nəticəsi barədə müəllifə rəsmi məlumat veriməli idi.
Mədəniyyət Nazirliyi isə öz növbəsində, qüvvədə olan qanun-qaydalara görə Repertuar planının müəyyənləşdirilməsi məqsədilə özünün yaratdığı Komissiya vasitəsilə mütləq məktuba baxmalı və nəticəsi barədə müəllifə rəsmi məlumat verməli idi. Bu aksiomdur! Buna heç bir söz ola bilməz!
Lakin Mədəniyyət Nazirliyi bilmək olmur nə üçün və hansı ixtiyarla Prezident Administrasiyasının bu rəsmi göstərişinə məhəl qoymur, ona hörmətsizlik göstərir və həddini aşıb özbaşınalıq edərək əsərin əhəmiyyətini aşağılayır, onun taleyini həmişə olduğu kimi, ən yüksək səviyyədə, yəni Prezident Administrasiyası və Nazirlik səviyyəsində deyil, məhz adi, yüzlərlə yazılmış sıravi pyeslər kimi teatr səviyyəsində həll olunmasını qərara alır?!
Və beləliklə, nə üçün nazirlik müəllifə əvvəl özləri göndərdiyi (04 avqust 2024-cü il) tarixli məktubun (harada ki, əsərin taleyinin teatr səviyyə¬sində deyil, məhz nazirlik səviyyəsində həll olunması açıq-aydın göstərilir) tamamilə əleyhinə, ziddinə olan aşağıdakı məzmunda yazılmış 03 iyun 2024-cü il tarixli yeni, başdansovdu, formal məktub göndərir:
“2024-cü ilin Repertuar planı tərtib edilib və təsdiq olunduğu üçün, Sizin qələmə aldığınız “Üç dəniz əfsanəsi” pyesinin növbəti ilin repertuar planına salınması məqsədilə respublikada fəaliyyət göstərən teatr-tamaşa müəssisələrinə birbaşa müraciət etməyiniz tövsiyə olunur. Nəzərə almağınızı xahiş edirik.”
Xalqımızın dahi lideri Heydər Əliyevin əziz xatirəsinə və Prezident Administrasiyasının rəsmi göstərişinə hörmətsizlik göstərən, eləcə də Mədəniyyət Nazirliyinin yuxarıda qeyd olunan 3 iyun 2024-cü il tarixli, əsassız formal məktubu müəllifi bərk həyəcanlandırır və dözülməz hiddətə salır. Və müəllif nazirliyin ünvanına aşağıdakı ürəkdolusu cümlələrlə yazılmış 2 may 2024-cü il tarixli “şikayət ərizəsi” göndərir:
- Mədəniyyət Nazirliyinin işçiləri böyük məsuliyyətsizlik və səhlənkarlıqla yaz¬dığı bu məktub ilə (harada ki, Mədəniyyət Nazirliyinə deyil, Respublika Preziden¬tinə ünvanlanan; 13.05.2024-cü il deyil, 02.05.2024-cü il tarixli yazmalı idi və s.) müəllifin Komissiya və Nazirliyin bəzi işçiləri tərəfindən törədilən təkzibolunmaz qanunazidd faktları diqqətdən yayındırıb ört-basdır etmək üçün yersiz və məntiqə sığmayan tövsiyə edir. Bu zaman istər-istəməz Mədəniyyət Nazirliyinə ünvanlanan aşağıdakı məntiqə uyğun suallar ortaya çıxır:
1. Nə üçün teatr-tamaşa müəssisələrinin repertuar planının müəyyənləşdirilməsi məqsədilə dramaturqların təqdim etdiyi əsərlərə (“Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsərinə) Nazirliyin nəzdində yaradılmış Komissiya tərəfindən baxılmayıb? Daha doğrusu, nəyə görə Nazirliyin rəsmi göstərişinə baxmayaraq on bir aydan artıq vaxt keçsə də, “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dram əsəri Komissiya tərəfindən baxılaraq müvafiq rəsmi rəy təqdim edilməmişdir?!
2. Nə üçün heç bir tutarlı dəlil-sübut gətirmədən əsər Nazirliyin nə “Heydər Əliyev ili”ndə (2023-cü ildə), nə də “Əsrin müqavilə¬si”nin 30 illiyində (2024-cü ildə) repertuar planına daxil edilməmişdir?!
Əfsuslar olsun ki, bu suallara cavab verən olmayacaq.
Həmçinin oxuyun
3. Nəyə görə Mədəniyyət Nazirliyi komissiyanın bu qanunsuz əməllərinə göz yumur və nə üçün və hansı ixtiyarla Ulu Öndər, xalqımızın Dahi Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsərini bəyənmiş:
- Azərbaycan Respublikası Prezident Administrasiyasının və onun Humanitar siyasət, diaspora, multi¬kul¬tu¬ralizm və dini məsələlər şöbəsinin müdiri, çox hörmətli Fərəh xanım Əliyevanın,
- Prezident Administrasiyasının Siyasi partiyalar və qanunveri¬cilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor, çox hörmətli Ədalət Vəliyevin,
- Xalq yazıçısı Anarın rəhbərlik etdiyi Azərbaycan Yazıçılar Birliyinin “ Literaturnı Azərbaycan” ədəbi-bədii jurnalının,
- Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun rəhbərlik etdiyi möh-təşəm Atatürk Mərkəzinin və “Elm və təhsil” nəşriyya¬tı¬¬nın, böyük nüfuzunu, ədəbi dillə desək, “tapdaq altına atır, tapdalayır”.
Çox əfsuslar olsun ki, bu suala da cavab verən olmayacaq. Çünki yuxarıda qeyd olunan təkzibolunmaz qanunazidd faktlara, böyük nüfuzların tapdalanmasına bəraət qazandırmağa səbəb tapılmayacaq.
4. Onu da təəssüflə bir daha bildirmək istəyirəm ki, Ulu Öndər, xalqımızın Dahi Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq “Üç dəniz əfsanəsi” dram əsərinin Akademik Milli Dram Teatrında tamaşaya qoyulması xahişi ilə teatra müraciəti – 12 dekabr 2022-ci il tarixli məktubun orada baş alıb gedən özbaşınalıq, sonu görünməyən süründürməçilik və anarxiya ucbatından bu günə kimi cavabsız qalıb.
Belə dözülməz vəziyyəti bilə-bilə Mədəniyyət Nazirliyinin işçiləri qarşıya çıxan bu biabırçı, təxirəsalınmaz məsələni həll edib müvafiq tədbir görmək əvəzinə nə üçün və hansı məntiqlə müəllifin yenidən teatrlara müraciət etməyini tövsiyə edir? Görünür bu suala da cavab tapılmayacaq.
Onu da mütləq qeyd etmək lazımdır ki, komissiya və onu dəstəkləyən Nazirlik tərəfindən olan bəzi qara qüvvələr başa düşmək istəmirlər ki, onlar “TOXUNULMAZ” deyillər, özləri də Azərbaycan kimi dünya şöhrətli, Müzəffər, azad və demokratik bir ölkədə yaşayırlar, harada ki, haqq-ədalət gec-tez, həmişə və mütləq qələbə çalır! Böyük Qələbə!
Elə ona görə hesab edirəm ki, bu dözülməz, rüsvayçı məsələnin (prob¬lemin) geniş ictimaiyyətin arasında dildən-dilə düşmədən və nəhayət, həyatı¬nın mənasını vətənimizə və xalqımıza sədaqətlə xidmətdə görən möhtərəm Prezidentimiz İlham Əliyevin bu və ya digər yollarla nəzərinə çatmadan, məhz Nazirlik çərçivəsində ədalətlə həll olunması məqsədə¬uyğun olardı.
Lakin çox əfsuslar olsun ki, Mədəniyyət Nazirliyi ona ünvanlanan yuxarıda qeyd olunmuş sualların (“nə üçün” suallarının) heç birinə cavab verə bilmədiyi üçün, yəni öz qanunazidd, ziyankar əməllərini etiraf etməyə özündə nə güc, nə də iradə tapa bilmədiklərinə görə müəllifə ünvanladığı əvvəlki 3 iyun 2024-cü il tarixli məktubundakı cümlələri (mətni) olduğu kimi təkrar¬lamaqla, 30 sentyabr 2024-cü il tarixli yeni, formal məktub göndərir, haradakı yenə teatrlara birbaşa müraciət etməyini tövsiyə edir.
Beləliklə, çıxılmaz vəziyyətdə qalan müəllif konfliktlərdən, çəkiş¬¬mə¬¬lərdən qaçan, sülhsevər və kompromislərə gedən insan olduğu üçün, Nazirliyin bu başdansovdu, formal məktubuna (daha doğrusu, məktub¬dakı tövsiyəyə) əsaslanaraq “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsərinin səhnələşdirilməsi xahişi ilə yenidən Akademik Milli Dram Teatrına və Sumqayıt Dövlət Dram teatrına 14 oktyabr 2024-cü il tarixli məktubla müraciət ünvanlayır. Və həmin məktubların surətlərini məlumat və nəzarət üçün Mədəniyyət Nazirliyinə göndərir. Lakin o vaxtdan 3 aydan artıq keçəndən və bir çox uğursuz cəhdlərindən sonra nəhayət, Nazirliyin operatoru vasitəsilə (telefonla) verilən xəbərdən məlum oldu ki, “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsəri nə adı çəkilən teatrların, nə də Nazirliyin 2025-ci il üçün təsdiq etdiyi Repertuar planına daxil edilməyib.
Beləliklə də, Ulu Öndər, xalqımızın Dahi lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş, ən yüksək səviyyələrdə bəyənilmiş, möhtəşəm “Elm və təhsil” nəşriyyatında çap edilmiş, xüsusilə mühüm və müstəsna əhəmiyyət kəsb edən “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dram əsəri Mədəniyyət Nazirliyinin tabeliyində olan teatrlarla birlikdə qurduğu tələyə düşdü, daha doğrusu, əsərin 2025-ci ildə də tamaşaya qoyulmasının qarşısı alındı. Və bu tələ elə quruldu ki, adı çəkilən teatrlardan bu günə kimi əsərin 2025-ci ildə tamaşaya qoyulmamasının olduqca müəmmalı səbəbi barədə qanunla tələb olunan heç bir rəsmi məlumat ala bilməmişdir. Beləliklə də, Mədəniyyət Nazirliyinin nə üçün belə israrla müəllifə məhz teatrlara müraciət etməyini tövsiyə etməsinin səbəbi məlum oldu. Səbəb aydındı... Əvvəlcə Nazirlik bilərəkdən həddini aşıb əsərin əhəmiyyətini aşağılayır, onun taleyini yüzlərcə yazılmış adi pyeslər kimi teatr səviyyəsinə (çərçivəsinə) salır.
Sonra teatrlar da öz növbəsində tabeliyində olduğu Nazirliyin yolunu israrla davam edərək özbaşınalıq göstərib əsərin əhəmiyyətini bir daha aşağılayaraq sıfıra çatdırır, yəni əsəri tamamilə əhəmiyyətsiz hesab edir və 2025-ci ilin Repertuar planına daxil etmir.
Yuxarıda qeyd olunan təkzibolunmaz faktlar, dəlil-sübutlar açıq-aydın göstərir ki, Ulu Öndər, xalqımızın Dahi lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş, Respublikamızın çoxəsrlik tarixində misli görünməmiş nailiyyət olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisindən, müqəddəs dinimizə və milli-mənəvi dəyərlərimizə göstərilən daimi diqqət və qayğıdan, ölkəmizdə hökm sürən dini, milli tolerantlıqdan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən Qarabağ torpaqlarının işğaldan azad olunmasından, Azərbaycan-Türkiyə dostluğundan, qardaşlığından bəhs edən, ən yüksək səviyyələrdə bəyənilmiş, Respublikamızın Yazıçılar Birliyinin “Literaturnıy Azərbaycan” aylıq ədəbi-bədii jurnalında və möhtəşəm “Elm və təhsil” nəşriyyatında çap edilmiş “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dram əsərinin tamaşaya qoyulmasının bilərəkdən, məhz qanunsuz yollarla (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, sonu görünməyən süründürməçiliklə və s.) qarşısının alınması, Ulu öndərimizin əziz xatirəsinə, eləcə də vətəni¬mizə, xalqımıza və dövlətçiliyimizə qarşı göstərilən ən böyük, nümayişkəranə, yumşaq desək, hörmətsizlikdir!
Hörmətli Nazir!
Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, xahiş edirəm, xüsusilə mühüm siyasi-tarixi və müstəsna əhəmiyyəti olan və son dərəcə aktuallığı ilə seçilən, Ulu Öndərimiz, xalqımızın dahi lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş və ən yüksək səviyyədə - Prezident Administrasiyası və Mədəniyyət Nazirliyi tərəfindən siyasi və bədii cəhətdən bəyənilmiş və möhtəşəm “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr edilmiş “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dram əsərinin məhz bu il 2025-ci ildə geniş yaradıcılıq imkanları olan paytaxt teatrlarının birində tamaşaya qoyulması üçün müvafiq tədbir görəsiniz.
Nəcibə İlkin
Yazıçı, araşdırmaçı jurnalsit
09:37 / 27 Aprel 2025
Kişilərin sevdiyi bu içki insanı məhv edir
1
09:37 / 27 Aprel 2025
Məktəblərdə 5 günlük tətil başlayır – Bu tarixdə
6
09:22 / 27 Aprel 2025
Vatikan Zelenskiyə görə protokolu pozdu
3
09:00 / 27 Aprel 2025
Bu gün 9-cu siniflərin buraxılış imtahanı keçiriləcək
19
08:33 / 27 Aprel 2025
Vaxtından əvvəl doğulan uşaqlarda hansı problemlər olur?
26
08:31 / 27 Aprel 2025
Pakistanın müdafiə naziri Hindistana xəbərdarlıq edib
25
23:58 / 26 Aprel 2025
General Moskalikin qətlində şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb
79
23:52 / 26 Aprel 2025
"AMOGROUP" işçilər axtarır - MAAŞ 1000-2500 MANAT
89
23:44 / 26 Aprel 2025
İranda faciə yaşandı: fövqəladə vəziyyət elan edilib
80
23:36 / 26 Aprel 2025
Siyahıda olmayan plastik cərrahlar məhkəməyə üz tutacaq?
168
23:12 / 26 Aprel 2025
Sklerodermiya xəstəliyi nədən yaranır? - Vacib məlumat
118
23:00 / 26 Aprel 2025
Türkiyədə təhlükə ilə bağlı xəbərdarlıq edildi
322
22:57 / 26 Aprel 2025
Meyiti tapılan şəxs kimdir?
92
22:13 / 26 Aprel 2025
Bakıda şok! İtkin düşmüş azyaşlı qızlar görün kimin evindən tapıldı
2038
20:52 / 26 Aprel 2025
Güclü külək olacaq - Diqqət!
626
20:51 / 26 Aprel 2025
Sahibə Qafarova dəfndə
113
18:12 / 26 Aprel 2025
Vatikanda görüşdülər
113
17:38 / 26 Aprel 2025
Xəstəxanaya yerləşdirilən Əli Mirəliyevin son durumu AÇIQLANDI
316
17:33 / 26 Aprel 2025
Nazir onu qərargah rəisi təyin etdi - Foto
483
15:31 / 26 Aprel 2025
Yeni baş həkim təyinatı olub
168
13:37 / 26 Aprel 2025
Aİ-92 benzinlə bağlı yeni rəqəmlər açıqlandı
702
13:16 / 26 Aprel 2025
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
200
13:09 / 26 Aprel 2025
Mirziyoyev İlham Əliyevə zəng etdi
171
12:46 / 26 Aprel 2025
Şərurdakı qətlə görə daha bir qadın tutuldu
215
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.