M6 ekspres marşrutu bu stansiyada da dayanacaq
22 Avqust 2026, 12:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
342
14.04.2025, 10:00
Əcdadlarımız təmizliyi təkcə gündəlik iş kimi deyil, evi bədbəxtlik və yoxsulluqdan qoruyan magiya ritualları kimi qəbul edirdilər. Deyilirdi ki, əgər təmizlik düzgün günlərdə aparılsa, evə xoşbəxtlik və bolluq cəlb oluna bilər. Lakin elə günlər də var ki, xalq inancına görə o günlərdə ev yığışdırmaq qadağandır, çünki xeyir-bərəkət, sağlamlıq və uğur evdən "süpürülüb" çıxa bilər. Eyni zamanda, bəzi günlərdə təmizlik mütləq edilməlidir - bu, harmonik və firavan həyat üçün vacib sayılır.
Oxu24.com bu günləri sizə təqdim edir:
Ev yığışdırmaq olmaz:
Bazar ertəsi - ən uğursuz günlərdən sayılır. Əcdadlar inanırdı ki, bu gün süpürmək və döşəmə yumaq xoşbəxtliyi evdən uzaqlaşdırır. Bu günü daha yaxşısı - həftə planları qurmaq üçün ayırmaqdır.
Cümə axşamı - burada fikirlər bölünür: bəziləri bu günü təmizlik üçün uyğun saysa da, digər inanclara görə qətiyyən ev işi görmək olmaz, çünki bu, maddi çətinliklərə səbəb ola bilər.
Cümə günü - borc və pul problemlərindən qaçmaq istəyirsinizsə, bu gün təhlükəli sayılır, ev yığışdırmaq məsləhət görülmür.
Bazar günü - bu gün qədimdən ibadət və istirahət üçün ayrılırdı. Buna görə bazar günü təmizlik yox, dincəlmək və yeni həftəyə güc toplamaq tövsiyə olunur.
Ev yığışdırmaq məsləhət görülür:
Çərşənbə axşamı - evdə təmizlik üçün ən uğurlu günlərdən biri sayılır. Deyilir ki, bu gün ev yığışdırmaq uğursuzluq dövrünü qırır və xoşbəxtliyi cəlb edir.
Çərşənbə - həm də çox uyğun bir gündür. Pəncərə və döşəmə yumaq, evin enerjisini təmizləmək üçün bu gün seçilir. Bu, uğur və sağlamlıq gətirir.
Şənbə - təmizliyin ən güclü günlərindən sayılır. Ev yığışdırmaqla problemlərdən və mənfi enerjidən xilas olmaq, həm də sağlamlığı gücləndirmək mümkündür.
Qeyd:
Astrologiya, tarot, numerologiya, falçılıq, ekstrasensiya və bu kimi sahələr elmi hesab edilmir. Bu proqnozlar əyləncəli xarakter daşıyır və 100% gerçəkliyi əks etdirməyə bilər. /Lent.az
12:35 / 22 Avqust 2026
2
12:34 / 22 Avqust 2026
1
12:15 / 22 Avqust 2026
31
11:59 / 22 Avqust 2026
49
11:40 / 22 Avqust 2026
63
11:25 / 22 Avqust 2026
63
11:04 / 22 Avqust 2026
63
10:54 / 22 Avqust 2026
72
10:30 / 22 Avqust 2026
73
10:10 / 22 Avqust 2026
75
09:50 / 22 Avqust 2026
70
09:30 / 22 Avqust 2026
90
09:18 / 22 Avqust 2026
74
09:08 / 22 Avqust 2026
82
09:04 / 22 Avqust 2026
83
09:02 / 22 Avqust 2026
80
00:41 / 22 Avqust 2026
127
00:03 / 22 Avqust 2026
136
23:49 / 21 Avqust 2026
77
23:00 / 21 Avqust 2026
86
22:39 / 21 Avqust 2026
126
22:25 / 21 Avqust 2026
133
22:11 / 21 Avqust 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.