Qaynar xətt:

(+99450) 247 90 86

35 yaşlı kişi öldürüldü - Qonşusu tutuldu

35 yaşlı kişi öldürüldü - Qonşusu tutuldu

CƏMİYYƏT

239

05.08.2024, 10:10

Avqustun 4-də Qaradağ rayonu Qobu qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Bəhruz Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla 1990-cı il təvəllüdlü Nahid Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.