Qaynar xətt:

(+99450) 247 90 86

Bəşəriyyətin YENİ BƏLASI: süni intellekt bir göz qırpımında məhv edə bilər

Bəşəriyyətin YENİ BƏLASI: süni intellekt bir göz qırpımında məhv edə bilər

CƏMİYYƏT

407

03.08.2024, 21:41

Рокко Касагранде

Süni intellekt (AI) terrorçulara bioloji agentləri müəyyən etməyə və bioloji silah yaratmağa kömək edə bilər.

OXU24.COM  xəbər verir ki, biokimyaçı və BMT-nin keçmiş silah müfəttişi Rokko Kasarqande "Claude" çatbotunu sınaqdan keçirdikdən sonra bu qənaətə gəlib.

Ekspert Ağ Ev rəsmilərinə bioloji silahların yaradılması üçün çatbotların istifadə oluna biləcəyindən narahat olduğunu bildirib. O izah edib ki, neyron şəbəkələri terrorçulara bioloji agentləri müəyyən etməyə kömək edə bilər ki, bu da biosilahların yaradılması və yayılması riskini artırır.

"Bəs hər terrorçunun öz kiçik alimi olsaydı necə?" - Casagrande sual verib.

Xatırladaq ki, bundan əvvəl Avstraliya Təhlükəsizlik Kəşfiyyat Xidmətinin rəhbəri Mike Burgess demişdi ki, süni intellektin inkişafı düşmənlərin imkanlarının artmasına və nəticədə daha intensiv casusluğa və dezinformasiyanın yayılmasına səbəb ola bilər.