Qadının gəncliyi, nə qədər yaşayacağı dəmir deposundan asılıdır
26 May 2026, 00:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
299
03.07.2024, 21:44
"Keçən il sertifikasiya imtahanından keçən müəllimlər məzuniyyət pulunu artım ilə birgə almalıdır".
Bu sözləri OXU24.COM -a sertifikasiyada uğur qazanan müəllimlərin məzuniyyət pulunun necə hesablanacağını şərh edən təhsil eksperti Elçin Əfəndiyev deyib.
Ekspert bildirib ki, artım bu il sertifikasiya imtahanından keçən müəllimlərə şamil oluna bilməz:
"Biz bilirik ki, məzuniyyət pulu iyun ayı üçün nəzərdə tutulur. Builki imtahan prosesi də iyun ayına təsadüf etdiyi üçün əlbəttə ki, onların məzuniyyət puluna sertifikasiya əlavə edilə bilməz. Sertifikasiya növbəti tədris ilindən, müəllimlər dərsə başladıqları zaman onların əməkhaqlarının üzərinə əlavə ediləcək. Kimlər ki, 51 baldan yuxarı toplayıb 35 faiz, 30 baldan yuxarı toplayanların əməkhaqqına isə 10 faiz əlavə olunacaq. Həmin vaxta qədər apellyasiya yekunlaşsa, qərar qəbul olunsa ki, bu müəllim sertifikasiyadan keçib o zaman hesablana bilər. Onların məzuniyyət dövrü 56 gündür".
Elçin Əfəndiyev əlavə edib ki, sertifikasiyada uğur qazanan müəllimlərin məzuniyyət pulu təxminən avqust ayının sonlarına qədər hesablanıb verilə bilər: "Həmin dövrdə müəllimlərin sertifikasiyadan əldə etdikləri artım nəzərə alınacaq".
00:45 / 26 May 2026
87
00:09 / 26 May 2026
110
00:04 / 26 May 2026
228
23:56 / 25 May 2026
313
23:50 / 25 May 2026
160
23:42 / 25 May 2026
201
23:41 / 25 May 2026
222
23:39 / 25 May 2026
221
23:36 / 25 May 2026
84
23:34 / 25 May 2026
472
23:26 / 25 May 2026
184
23:24 / 25 May 2026
139
23:22 / 25 May 2026
97
23:17 / 25 May 2026
94
23:13 / 25 May 2026
74
23:12 / 25 May 2026
84
23:07 / 25 May 2026
89
23:04 / 25 May 2026
81
23:01 / 25 May 2026
155
22:57 / 25 May 2026
100
22:54 / 25 May 2026
86
22:49 / 25 May 2026
95
22:48 / 25 May 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.