Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11047
az

Bayram günlərində metroda işlərə əlavə qüvvə və texnika cəlb olunacaq

19:1318 Mart, 2019
566
CƏMİYYƏT
  • A
 Novruz bayramı günlərində "Bakı Metropoliteni" QSC fəaliyyətini istirahət günlərinin qrafikinə uyğun quracaq.

Qurumdan Oxu24.com-a verilən məlumata görə, bununla belə, şəhərin müxtəlif guşələrində keçiriləcək bayram şənlikləri, xalq gəzintiləri və paytaxta təşrif buyuracaq qonaqların əsas axın istiqamətlərindən asılı olaraq, stansiyaların fəaliyyəti və qatarların iş rejimində müvafiq dəyişikliklər edilməsi üçün tədbirlər görülüb.

Bununla əlaqədar "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmrinə uyğun olaraq, tədbirlər planı hazırlanıb.

Sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə ehtiyat işçi qüvvəsi və texniki vasitələr, xüsusən zərurət yarandığı halda, xəttə çıxmağa hazır olan ehtiyat qatarlar nəzərdə tutulub.

Stansiyaların işçi personalının gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsi üçün əlavə növbətçilik təşkil ediləcək. Eyni zamanda stansiyaların rəhbər heyətinin növbəli iş rejimi tətbiq edilməklə, hər gün üçün növbətçilik planı tərtib olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran İsraili genişmiqyaslı müharibə ilə hədələdi
Diş həkimi dişlər üçün ən zərərli məhsulların adını AÇIQLADI
İsmayıllı sakinləri yaşadıqları dəhşətdən danışdılar -VİDEO

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...