Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - Detallar+Video
17 Sentyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
362
16.04.2024, 17:10
Azərbaycanda əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr birləşəcək.
OXU24.COM bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Bələdiyyələrin statusu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrə birləşdiriləcək.
Birləşmə və ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol veriləcək.
"Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" qanuna dəyişikliyə əsasən isə yuxarıda nəzərdə tutulan halda bələdiyyələrin birləşdirilməsi aşağıdakı qaydada həyata keçiriləcək:
- Birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Milli Məclisə təqdim edəcək;
- Milli Məclis əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edəcək. Yaranan bələdiyyənin adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən ediləcək.
01:15 / 17 Sentyabr 2026
100
01:01 / 17 Sentyabr 2026
47
00:50 / 17 Sentyabr 2026
52
00:19 / 17 Sentyabr 2026
50
00:15 / 17 Sentyabr 2026
66
00:08 / 17 Sentyabr 2026
69
00:02 / 17 Sentyabr 2026
73
23:58 / 16 Sentyabr 2026
57
23:56 / 16 Sentyabr 2026
83
23:53 / 16 Sentyabr 2026
125
23:49 / 16 Sentyabr 2026
64
23:46 / 16 Sentyabr 2026
364
23:38 / 16 Sentyabr 2026
69
23:34 / 16 Sentyabr 2026
157
23:32 / 16 Sentyabr 2026
207
23:31 / 16 Sentyabr 2026
136
23:26 / 16 Sentyabr 2026
58
23:22 / 16 Sentyabr 2026
556
23:20 / 16 Sentyabr 2026
123
23:17 / 16 Sentyabr 2026
699
23:09 / 16 Sentyabr 2026
683
23:08 / 16 Sentyabr 2026
88
23:00 / 16 Sentyabr 2026
176
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.