Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106241
az

Azərbaycanda evlənməyə hazırlaşanların DİQQƏTİNƏ: “Kodlaşdırmaq lazımdır...”

18:4115 Aprel, 2024
134
CƏMİYYƏT
  • A

İnsanların əksəriyyətinin haqqında çox erkən yaşlardan düşünməyə başladığı, xəyallarını qurduğu hadisələrdən biri də evlilikdir. Lakin bir çoxları üçün evlilik gözəl xəyallar olmaqdan çıxıb, qorxulu bir kabusa çevrilir.

Ailə qurarkən hər iki tərəfin də evliliyə hazır olması vacib nüanslardan biridir. 

Bəs, görəsən, bir gənc psixoloji cəhətdən evliliyə hazır olub-olmadığını necə müəyyən edə bilər?

OXU24.COM  bildirir ki, məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova Lent.az-a açıqlamasında bildirib ki, bir gəncin evliliyə hazır olub-olmadığını müəyyən etməyin müxtəlif yolları var.

Onun sözlərinə görə, evlilik barədə hər iki tərəfin "mən evliliyə hazırammı?" düşüncəsi, yəni, evlilik sonrası həyata nə dərəcədə hazır olması da məsələyə təsirsiz ötüşmür:

"Bəzi kişilər sanki hər şeyi əvvəlcədən proqramlaşdırırlar. Bu cür şəxslər 23-24 yaşından sonra evlənəcəyini düşünürlər və bu yaşa qədər "subaylıq sultanlıqdır" deyib öz həyatlarını yaşayırlar. Hər şeyini əvvəlcədən planlaşdırıb və bu planlamaya sadiq qalan insanlar hər zaman doğru addım atmağı bacarırlar. Bu cür insanlar özlərini psixoloji olaraq evliliyə hazırlayırlar. Çünki onlar bu istiqamətdə beyinlərini çox yaxşı kodlaşdırırlar. Təbii ki, nevroz, şizofren insanlardan bu addımı gözləmək düzgün deyil. 

Digər tərəfdən "artıq ana ola bilərəm" düşüncəsində olan qadınların nə qədər yanlış addım atdığının şahidi oluruq. Gənc qızlar ailənin sadəcə gəlinlikdən ibarət olmadığını anlamalıdır. Çünki bu gün 34-35 yaşında qadınların 17-18 yaşında uşaqlarını olduğunu görürük. Əlbəttə ki, bunların hamısı erkən evlilik ucbatından baş verib. Daha çox qızlar erkən yaşlarından evliliyə can atır. Lakin bu düzgün deyil. Burada valideynin də rolu böyükdür. Çünki o övladına evliliyi hərtərəfli başa salmağı, erkən evliliyin yaxşı bir şey olmadığını izah etməlidir. Əlbəttə ki, son dövrlərdə düşüncə də dəyişib. Hər kəs ailə qurmaqdan əvvəl karyera qurmağı planlaşdırır. Belə olduqda isə sağlam evlilik düşüncəsi qızlarda 24-29 yaş arasında olur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanın üzvlüyü bu təşkilatı daha da gücləndirəcək - Ərdoğan
İtkin düşən alpinistlərin axtarışı dayandırıldı - Əlverişsiz havaya görə
Rəsmi Bakıdan ABŞ səfirliyinə CAVAB

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi