Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - Detallar+Video
17 Sentyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
467
13.04.2024, 19:42
İran İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri Hörmüz boğazında “MSC Aries” ticarət gəmisini ələ keçirib.
Musavat.com xəbər verir ki, bu barədə İranın İRNA dövlət agentliyi məlumat yayıb.
Bundan əvvəl Kral Donanmasının Dəniz Ticarət Koordinasiya Mərkəzi BƏƏ-nin Füceyrə şəhərindən 50 dəniz mili şimal-şərqdə insident baş verdiyini bildirmişdi. “Associated Press”in məlumatına görə, Portuqaliya bayrağı altında üzən “MSC Aries” konteyner gəmisi israilli iş adamı Eyal Oferin “Zodiac Group”unun bir hissəsi olan, Londonda yerləşən “Zodiac Maritime” ilə əlaqələndirilir. Yaxın Şərq ölkələrindən birinin Müdafiə Nazirliyinin nümayəndəsinin agentliyə verdiyi məlumata görə, gəmi İran qüvvələrinin hücumuna məruz qalıb.
“MSC Aries” adlı konteyner gəmisi Hörmüz boğazında helikopter vasitəsilə həyata keçirilən əməliyyat zamanı SEPAH bölməsinin xüsusi təyinatlıları (SEPAH Hərbi Dəniz Qüvvələrinin bir hissəsi) tərəfindən ələ keçirilib. Orada İsraillə əlaqəli gəminin İran ərazi sularına çatdırıldığı bildirilib. Agentlik həmçinin gəminin “Zodiac” şirkətinə məxsus olduğunu da təsdiqləyib.
“MarineTraffic” xidmətinin məlumatlarına görə, “MSC Aries” konteyner gəmisi Əmirliyin Xəlifə limanından Hindistanın Nava Şeva limanına gedirmiş. Gəmi sonuncu dəfə yerləşdiyi yer haqqında məlumatı aprelin 12-də axşam ötürmüşdü. Sonra Dubay yaxınlığında Fars körfəzində yerləşirdi.
İRNA “MSC Aries”in tutulduğunu təsdiq etməzdən bir müddət əvvəl sosial şəbəkələrdə və mediada silahlı şəxslərin helikopterdən gəmiyə mindiyi anı əks etdirən video yayılıb. “Associated Press” qeyd edib ki, oxşar video çəkilişi öz jurnalistlərinə Yaxın Şərq ölkələrindən birinin Müdafiə Nazirliyinin nümayəndəsi təqdim edib. Daha sonra həmin videoçarx İranın dövlət qurumlarının, o cümlədən İRNA-nın resurslarında dərc olunub.
02:18 / 17 Sentyabr 2026
68
01:15 / 17 Sentyabr 2026
212
01:01 / 17 Sentyabr 2026
74
00:50 / 17 Sentyabr 2026
86
00:19 / 17 Sentyabr 2026
67
00:15 / 17 Sentyabr 2026
92
00:08 / 17 Sentyabr 2026
87
00:02 / 17 Sentyabr 2026
91
23:58 / 16 Sentyabr 2026
69
23:56 / 16 Sentyabr 2026
105
23:53 / 16 Sentyabr 2026
140
23:49 / 16 Sentyabr 2026
74
23:46 / 16 Sentyabr 2026
496
23:38 / 16 Sentyabr 2026
90
23:34 / 16 Sentyabr 2026
212
23:32 / 16 Sentyabr 2026
243
23:31 / 16 Sentyabr 2026
184
23:26 / 16 Sentyabr 2026
69
23:22 / 16 Sentyabr 2026
1119
23:20 / 16 Sentyabr 2026
137
23:17 / 16 Sentyabr 2026
1104
23:09 / 16 Sentyabr 2026
754
23:08 / 16 Sentyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.