Qaynar xətt:

(+99450) 247 90 86

Novruz,yoxsa orjinal Yeni il bayramımız! 

Novruz,yoxsa orjinal Yeni il bayramımız! 

AKTUAL

46

16.03.2026, 10:52

Bizə adətən Novruz sözünü fars sözü olduğunu bildirirlər. Novruz sözünün isə iki sözün Nov və ruz sözlərinin birləşməsindən yarandığını bilirik. Bu sözləri gəlin birlikdə araşdıraq.

Nov sözünə diqqət yetirsək görərik ki, bilinməyən bir sözdür. Daha doğrusu naməlum kəlmədir.

Nov və Nab sözlərindən bizdə bəzi toponimlər, o cümlədən, Nabran və Novxanı toponimlərinin olduğunu bilirik. Bir sözü də mən əlavə edim. Nov, Nab sözlərindən əlavə Nib sözü də var. Hansı ki, bu sözdən qədim Sümər mənbələrindən verilən məlumatda Nibiru anlayışından söz açır. Və əslində isə Novruz sözü ilə Nibiru arasında bir bağlantı ola bilər. Bunu da dilçilər, tarixçilər və etnoqraflar araşdırmalıdırlar. Nibiru və Novruz sözləri arasında bağlantı bu ola bilər. Nibi-Nov və Ru-Ruz kimi də anlaya bilərik.

Qaldı ki, Yeni il məsələsinə bu bayramın orjinalı martın 21-dən 22-inə keçən gecə olan vaxtdır.

Martın 21-i qədim Türk təqviminə görə isə Calğan Quranın 1-i Yeni il daxil olur. Bu da o deməkdir ki, biz hələ də qədim Türk təqviminə əsasən İlan ilini qeyd edirik. Novruz bayramı və yaxud orjinal Yeni il bizim qan yaddaşımızda vacib rol oynayır. Türkün milli bayramıdır. Türklərin dəfələrlə Hindistana yürüşləri nəticəsində bu bayram da qeyd edilməyə başlanda da əslində bu bayramımızın qaraçı induslara heç bir bağlılığı yoxdur. Yazın oyanışının simvolizə edən bu bayram hələ Balaca Çilənin bitməsinə az qalmış keçirilməyə başlanılır. Xızır Nəbi bayramı da bunun ilk başlanğıcıdır. Təkcə bu səbəb də Xızır Nəbi və gerçək Yeni il arasında bir bağlantını ortaya qoyur. Və bu bayram da hələ mazdaizmin meydana gəlməməsindən əvvəl Göy Tengrinin xüsusi önəm kəsb edən bayramı olmuşdur.

Səhv olaraq, Novruz və ya Yeni il bayramını orjinal Yeni il bayramını Ərgənəkondan çıxış günü ilə eyniləşdirilsə də əslində isə bu bayramın böyük elmi əsası var. Üstəlik bayramın mifik hadisə ilə əlaqələndirənlər Türkiyəlilər və Azərbaycanda isə Türkiyəçilərdir.

Qədim Türklər milli bayramlarını astrologiya və astronomiya əsasında şərh edirdilər. Azərbaycan haqqında bir fikri nəzərə alaraq, bildirməliyik ki, vətənimizdə tarixin arxa qatlarında belə məsələn Qobustan və Gəmiqaya təsvirlərində ocaq ətrafında ritual həyata keçirilən məkan təsvir edilir. "Kitabi Dədə Qorqud" dastanında və yaxud qədim Türk dilində desək, biçiştəsində vacib qərarların qəbulundan qabaq, yüksəkliklərdə tonqal qalanardı. Eyni addımı Amerika yerliləri də təkrar edirdilər. Bunu Türklər qalaların başında da edərdilər.

Azərbaycanda bəzi marginal dini qruplaşmalar milli bayramımız haqqında qeyri dəqiq fikirlər bildirirlər. Guya müsəlman Türklər bu bayramı keçirə bilməzlər. Lakin, unudurlar ki, hələ İslam dininin təşəkkül tapdığı dövrdə belə pagan dövrünün milli günlərindən biri olan Cümə günü də Həzrəti peyğəmbərin babası tərəfindən ərəblərin müqəddəs toplanma günü kimi qeyd olunurdu. Və müasir İslam dini bəzi adətləri cahiliyyə dövründən qalma adətlərdir. Sələfi qruplar əvvəlcədən İslam dini ilə ərəb şovinizmini ayırmalıdırlar. Heç kimsə bizə ululardan qalma bayramlarımızı qeyd etməyimizə əarışa bilməzlər. Ayrıca hələ Sümər-Misir bayramını qeyd etdiyimiz üçün də bizə qeyri müsəlman adlandıra bilməzlər. İlk öncə milli bayramlarla dini bayramları ayırmalı, və həmçinin heç bir ciddi dini mənbələrdə belə istər Qurani Kərimdə istərsə də səhih hədislərdə qadağan edilməsini sübut edə bilməzlər.

Nibiru və Novruz tamam fərqli sözlərdir. Sadəcə bunu bildirmək istəyirəm ki, nov, nab, nib kökləri ilə başlayan sözlər Novruz, Nabran, Novxanı, Nibiru kimi sözlər də qədim dillərdən gələn sözlərdir. Bu da bilinməkdədir ki, müasir fars dili prototürk, müasir Türk və semit dilləri ilə yanaşı həm də ki, hind dilindən çoxsaylı sözlər götürüb. Qədim Elam, Sümər, Akkad, Qutium, Turukki, Lullubi, Babil və Assur, Maday (Midiya), Part (Parfiya) dilləri ilə formalaşan sintetik fars dili ilə yanaşı digər xalqların dilləri də maraqlı dərəcədə rus dili ilə paralellik göstərir. Kürd dilində "spas" rus dilində "spasibo", kürd dilində "bra" rus dilində "brat", fars, kürd dillərində "şeş" rus dilində isə "şest" kimi də paralellik aparanda görürük ki, hər üç dilin kökü elə də dərin deyil və 19-cu əsrdə formalaşdırılıb.

Qədim Misir mifologiyasında ilahi varlıq kimi Oseris və yaxud da Azər adlı varlıqdan söz açır. Və burada da Novruz və ya orjinal Yeni il bayramını qeyd edirdilər. Hətta bir divar qabartmasında qədim Misirlilərin səməni fraqmentləri əks olunub. Sadəcə qədim Misirə gətirilən qullar tədricən bu sivilizasiyanı məhv etdilər. Oxşar işi Roma və Sasani imperiyalarını və Xəzər Xaqanlığını yox etmək üçün istifadə etdilər. Qədim Misir, Sümər və Akkad sivilizasiyaların ortaq qul zehniyyətli insanlar tərəfindən ələ keçirilib. Bununla belə həmin zehniyyət də hələ də Turan millətləri və xalqlarına qarşı xırda etnosları uydurmalarına da inandırmağa çalışırlar. Təkcə Turanın iri miqyaslı irsinə sahib çıxması onu mənəvi dərəcədə daha qüvvətli edəcəkdir.

Bu da bilinməlidir ki, hələ gerçək yeni ildən qabaq Xızır Nəbi bayramını da araşdırmalıyıq. Bu bayram tarixi Qərbi Azərbaycan, Borçalı və Türkiyədə qeyd edirlər. Lakin, Qərbi Azərbaycan və Türkiyədə tamamilə fərqli zamanda qeyd edilən bu bayram əsasən Türklərə Tanrı tərəfindən göndərilən və batini elmləri dərindən bilən Xızır peyğəmbərimiz son peyğəmbər Məhəmməd peyğəmbərə qədər sayılıb-seçilən peyğəmbər idi. Bununla bağlı Qurani Kərimdə, dastanlarımızda və qədim Sümər əfsanəsi olan Bilqamış dastanında belə qeyd olunub. Və hətta dirilik suyu və ya dirilik bitkisi kimi ifadələr də yuxarıda yazdığım mənbələrdə keçir. Türkün dini informasiyanı əhatə edən olduqca dərin qatları olub. Və istər Novruz istərsə də əsl Yeni il Türklüyün dirilən ruhudur.

Nov, nab, nibi kimi köklərindən düzələn sözlər leksik mənası fərqli olsa da Nibiru, Nabran və Novruz sözləri fonetik olaraq, oxşardır. Halbuki, əgər Novruz sözü fars sözü olsaydı "ruzi u nov" kimi səslənərdi. Amma ki, bu söz Novruz kimi Türk dillərinin qrammatikasını özündə əks edir. Qədim Sümər və Qaratorpaq (Misir) qabartmasında və yazılı qaynaqlar əsasında onu söyləyə bilərik ki, bu iki sivilizasiyanı əhatə edən bayram eyni mənşəli bayram idi. Hələ mən dirilik suyunu içən Xızır peyğəmbərimiz haqqında çox üstündə dayanmıram. Müasir Türkiyədə bu bayram uzun müddət qeyd olunmurdu. Və bu bayramdan kürd t*rror təşkilatları öz siyasi dayaq nöqtələrinə uyğun olaraq, qeyd etsələr də lakin Türk kimliyinin şüurunda oyanışın başladığını görürük.

 

Ceyhun Ərmən Vedili