Bakının bu ərazilərində 3-6 saat işıq OLMAYACAQ
28 Sentyabr 2026, 05:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
596
06.06.2026, 01:57
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işlərinin aparılması nəzərdə tutulur.
Oxu24.com -un məlumatına görə, proses Bakı Şəhərinin 2040-cı ilədək Baş Planına uyğun şəkildə həyata keçirilir.
Hazırda hansı razilərdə söküntü işlərinin aparılması planlaşdırılır?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, ilkin mərhələdə Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən tikinti materialları bazarının və ətrafdakı kommersiya obyektlərinin sökülməsi gündəmdədir:
"Bundan başqa, Yasamal, Nərimanov, Nəsimi, Xətai, Sabunçu, Suraxanı və Binəqədi rayonlarında köhnə yaşayış fondunun yenilənməsi istiqamətində layihələr nəzərdən keçirilir.
Bayıl qəsəbəsi istiqamətində, Mərkəzi Parkın genişləndirilməsi ətrafında, eləcə də "Təzəpir" məscidi yaxınlığında müəyyən ərazilərdə yenidənqurma işlərinə başlanılıb. Zərgərpalan küçəsi və ətraf hissələrdə də abadlıq və infrastruktur layihələrinin icrası planlaşdırılır.
Şəhərin mərkəzində həyata keçirilməsi nəzərdə tutulan layihələrdən biri də Qış Parkının genişləndirilməsi və onun Nizami küçəsi ilə əlaqələndirilməsidir. Layihə çərçivəsində yeni piyada keçidləri və ictimai məkanların yaradılması nəzərdə tutulur.
Bundan əlavə, Ceyhun Hacıbəyli küçəsində, vətəndaşların "Semaşko" kimi tanıdığı 1 saylı Kliniki Tibbi Mərkəzin ətrafında tramvay xəttinin yaradılması ilə bağlı infrastruktur işlərinin aparılması planlaşdırılır".
AQC sədri kompensasiya məsələsi ilə bağlı qeyd edib ki, əvvəllər bir sıra ərazilərdə hər kvadratmetr üçün 1500 manat məbləğində ödəniş tətbiq edilirdisə, hazırda bəzi layihələr üzrə bu rəqəmin 2700 manata qədər yüksəlib:
"Bununla belə, vahid məbləğin müəyyənləşdirilməsi əvəzinə hər bir əmlak üzrə ayrıca qiymətləndirmə aparılması daha ədalətli yanaşma olardı.
Söküntüyə məruz qalan vətəndaşlara elə kompensasiya ödənilməlidir ki, onlar yaşadıqları əraziyə yaxın zonalarda yeni mənzil əldə edə bilsinlər. Bu, insanların şəhərin mərkəzi hissələrindən uzaqlaşmasının qarşısını almaqla yanaşı, sosial və iqtisadi tarazlığın qorunmasına da xidmət edər".(baku.ws)
06:09 / 28 Sentyabr 2026
84
05:49 / 28 Sentyabr 2026
103
05:25 / 28 Sentyabr 2026
121
00:12 / 28 Sentyabr 2026
116
00:09 / 28 Sentyabr 2026
150
23:44 / 27 Sentyabr 2026
3447
23:31 / 27 Sentyabr 2026
89
23:24 / 27 Sentyabr 2026
96
23:06 / 27 Sentyabr 2026
88
23:02 / 27 Sentyabr 2026
378
22:58 / 27 Sentyabr 2026
85
22:55 / 27 Sentyabr 2026
98
22:37 / 27 Sentyabr 2026
762
22:03 / 27 Sentyabr 2026
99
21:49 / 27 Sentyabr 2026
850
21:30 / 27 Sentyabr 2026
327
21:29 / 27 Sentyabr 2026
77
21:12 / 27 Sentyabr 2026
231
21:06 / 27 Sentyabr 2026
74
21:00 / 27 Sentyabr 2026
159
20:59 / 27 Sentyabr 2026
95
20:47 / 27 Sentyabr 2026
264
20:38 / 27 Sentyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.