Abbas Abbasov ölüb,bir neçə yaralı var
27 Sentyabr 2026, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
842
05.06.2026, 17:56
Birinci Qarabağ müharibəsinin indiyədək ictimaiyyətə məlum olmayan epizodlarından biri açıqlanıb.
Oxu24.com xəbər verir ki, bu haqda “Minval Politika” məlumat yayıb.
Etibarlı mənbələrdən alınan məlumata görə, Bakıda həbsdə olan erməni hərbi cinayətkarları öz ifadələrində Koçaryanın Birinci Qarabağ müharibəsi zamanı əslində ermənilərin özlərini necə ələ verdiyinə dair maraqlı faktlar açıqlayıblar.
Belə ki, 1992-1993-cü illərdə Ağdərə-Kəlbəcər istiqamətində keçirilən əməliyyatlardan biri zamanı Koçaryanla Ermənistan Müdafiə Nazirliyi arasında ciddi fikir ayrılığı yaranıb. Mənbələrin məlumatına görə, Koçaryan özünün haqlı və əvəzolunmaz olduğunu nümayiş etdirmək məqsədilə təxminən 100 erməni hərbçisinin mühasirəyə düşməsi üçün şərait yaradıb.
O, həmin hərbi əməliyyat barədə məlumatın Azərbaycan tərəfinə ötürülməsini təşkil edib. Nəticədə erməni hərbçilər mühasirəyə düşərək məhv edilib.
Beləliklə, hakimiyyət xatirinə 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsini təşkil edən, bununla da, ən təhlükəli siyasi rəqibləri - parlamentin sədri Karen Dəmirçyan və Baş nazir Vazgen Sarkisyanı aradan götürən, hakimiyyəti əlində saxlamaq üçün 2008-ci ilin mart ayında İrəvanda dinc etirazçıların qətlinə fərman verən bu şəxsin, Azərbaycana qarşı işğalçılıq müharibəsi zamanı tərəddüd etmədən “öz adamlarını” da qurban verdiyi məlum olub.
Əlləri dirsəyə qədər qana - həm azərbaycanlıların, həm də ermənilərin qanına batmış olan terrorçu mahiyyətli bu şəxs indi özünü “qəhrəman” kimi göstərməyə çalışır. “Böyük sərkərdə” 2020-ci ildə - əsl müharibə başlayanda döyüşmək əvəzinə, qaçmağı üstün tutduğunu unudur...
08:17 / 28 Sentyabr 2026
2
06:09 / 28 Sentyabr 2026
137
05:49 / 28 Sentyabr 2026
134
05:25 / 28 Sentyabr 2026
153
00:12 / 28 Sentyabr 2026
144
00:09 / 28 Sentyabr 2026
169
23:44 / 27 Sentyabr 2026
5084
23:31 / 27 Sentyabr 2026
104
23:24 / 27 Sentyabr 2026
112
23:06 / 27 Sentyabr 2026
99
23:02 / 27 Sentyabr 2026
439
22:58 / 27 Sentyabr 2026
90
22:55 / 27 Sentyabr 2026
104
22:37 / 27 Sentyabr 2026
863
22:03 / 27 Sentyabr 2026
106
21:49 / 27 Sentyabr 2026
1084
21:30 / 27 Sentyabr 2026
386
21:29 / 27 Sentyabr 2026
79
21:12 / 27 Sentyabr 2026
296
21:06 / 27 Sentyabr 2026
76
21:00 / 27 Sentyabr 2026
164
20:59 / 27 Sentyabr 2026
102
20:47 / 27 Sentyabr 2026
276
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.