Ağdamda iş adamları həbs edildi
25 Avqust 2026, 12:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
590
05.06.2026, 17:46
Siqaret qaçaqmalçılığı ilə bağlı təqsirləndirilənlərdən biri Fariz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən baxış iclasında Fariz Məhərrəmova ifadə vermək təklif olunub.
O, özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib və ifadə verməkdən imtina edib, ibtidai istintaqda verdiyi ifadəni təsdiqləyib.
Prosesə sədrlik edən hakim onun istintaq dövründə 3 dəfə bənzər ifadə verdiyini elan edib.
Fariz Məhərrəmov dövlət ittihamçısının suallarına cavab vermək istəməyib, ona məxsus anbar olmadığını açıqlayıb.
Dövlət ittihamçısının onun ittiham olunan digər vəzifəli şəxslərlə əlbir olub-olmadığı barədə sualına da təqsirləndirilən şəxs cavab verməyib. O, şahidləri tanımadığını deyib.
Şahidlərin dəvət olunması ilə bağlı proses iyunun 19-na təxirə salınıb.
Qeyd edək ki, Fariz Məhərrəmov aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərindən biri kimi təqdim olunub. Onunla bağlı cinayət işi ayrıca icraata verilib.
Baş Prokurorluğun yaydığı məlumata görə, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Gömrük postu, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri barədə cinayət işi üzrə istintaq tədbirləri nəticəsində “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, Tamerlan Axundzadə və Tahir Tahiri qeyd olunan Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elçin Rüstəmov, Fariz Məhərrəmov, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyev, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri mütəşəkkil dəstə halında cinayət əlaqəsinə girməklə Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
F.Məhərrəmov barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Ona Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-xüsusilə külli miqdarda) və 213-1.2.1-ci (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) və 213-1.2.3-cü (aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi, qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə yekun ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.(APA)
16:59 / 25 Avqust 2026
1
16:59 / 25 Avqust 2026
5
16:45 / 25 Avqust 2026
27
16:38 / 25 Avqust 2026
28
16:35 / 25 Avqust 2026
40
16:29 / 25 Avqust 2026
51
16:25 / 25 Avqust 2026
52
16:12 / 25 Avqust 2026
55
15:53 / 25 Avqust 2026
58
15:40 / 25 Avqust 2026
62
15:34 / 25 Avqust 2026
60
15:30 / 25 Avqust 2026
69
15:15 / 25 Avqust 2026
66
14:59 / 25 Avqust 2026
64
14:40 / 25 Avqust 2026
77
14:32 / 25 Avqust 2026
76
14:25 / 25 Avqust 2026
74
14:16 / 25 Avqust 2026
66
14:10 / 25 Avqust 2026
76
13:55 / 25 Avqust 2026
76
13:47 / 25 Avqust 2026
72
13:30 / 25 Avqust 2026
78
13:15 / 25 Avqust 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.