Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR:Qeydiyyata düşmək üçün...
11 Avqust 2026, 10:31
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
4502
13.06.2025, 14:14
Bir neçə gündür ki, sosial şəbəkələrin əsas gündəm mövzusu "Tolik" ləqəbi ilə tanınan prodüser Tarix Əliyevin səsləndirdiyi fikirlərlə bağlıdır.
Oxu24.com xəbər verir ki, sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, Tarix Əliyev tiktok sosial şəbəkəsində qoşulduğu müzakirələrin birində həbsdə olan şəxslərin ailə üzvlərini təhqir edib.Bununla bağlı sosial mediada video da yayılıb.Yayılan videoda müzakirə fonunda qeyri-etik ifadələrin işlədildiyi görünür.Ancaq sözügedən ifadələrin müəyyən qrup insanların müzakirəsi zamanı işlədildiyi aydın olur.
Bəs,sosial şəbəkələrdə,kütlə önündə qeyri-etik ifadələrdən istifadə,açıq söyüş şəklində müəyyən qrup insanların təhqir olunması hansı məsuliyyətə səbəb ola bilər?
Mövzu ilə bağlı Oxu24.com saytına danışan vəkil Şəms Mirzəyeva bildirib ki, təhqir cinayət məsuliyyəti yaradır.
"Son dövrlərdə sosial şəbəkələrdə aparıcılar, bloggerlər və ya ictimai fiqurlar tərəfindən sərt və etik çərçivəni aşan ifadələrə tez-tez rast gəlinir. Sosial şəbəkələrdə ümumi kütlənin, xüsusilə cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin təhqiri yalnız əxlaqi deyil, həm də hüquqi məsuliyyətə səbəb ola bilər. Belə ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən hər bir şəxsin şərəf və ləyaqəti toxunulmaz hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən, hər bir fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər.
Vəkil Şəms Mirzəyeva
Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsinə əsasən, təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatların sosial media hesablarında yerləşdirilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən kütləvi çıxışlarda, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılması təhqir hesab olunur və təhqir cinayət məsuliyyəti yaradır. Belə ki, zərər çəkmiş şəxsin şikayəti əsasında Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibi başlana bilər və təhqir sübuta yetirildikdə təqsirləndirilən şəxs min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksənsaatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər",-deyə vəkil açıqlamasında bildirib.
Məlumat üçün qeyd edək ki,mütəmadi olaraq “TikTok” platformasında əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər davam edir.Bu tədbirlərin fonunda sözügedən sosial şəbəkələrdə məşhurlaşan və qeyri-etik paylaşımlar edən şəxslərə qarşı hüquqi addımlar atılıb.
Miri Məcidli
00:29 / 19 Avqust 2026
58
23:51 / 18 Avqust 2026
77
23:16 / 18 Avqust 2026
88
22:48 / 18 Avqust 2026
64
22:48 / 18 Avqust 2026
68
22:36 / 18 Avqust 2026
107
22:02 / 18 Avqust 2026
102
21:50 / 18 Avqust 2026
104
21:29 / 18 Avqust 2026
103
21:21 / 18 Avqust 2026
109
21:20 / 18 Avqust 2026
120
21:16 / 18 Avqust 2026
107
20:34 / 18 Avqust 2026
82
20:08 / 18 Avqust 2026
83
19:50 / 18 Avqust 2026
84
19:45 / 18 Avqust 2026
142
19:19 / 18 Avqust 2026
76
19:07 / 18 Avqust 2026
105
18:38 / 18 Avqust 2026
151
18:17 / 18 Avqust 2026
90
18:06 / 18 Avqust 2026
118
17:55 / 18 Avqust 2026
106
17:40 / 18 Avqust 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.