Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
697
18.05.2026, 16:52
“Bakıda start götürən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ölkəmizin qlobal miqyasda artan nüfuzunun, həmçinin beynəlxalq gündəliyi formalaşdıran əsas mərkəzlərdən birinə çevrilməsinin növbəti əyani sübutudur”
Bu sözləri Oxu24.com-a açıqlamasında Millət vəkili Bəhruz Məhərrəmov deyib.
Millət vəkili qeyd edib ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün təkcə qlobal enerji təhlükəsizliyinin təminatçısı və mühüm nəqliyyat qovşağı deyil, həm də bəşəriyyətin gələcək inkişaf modellərinin müzakirə edildiyi intellektual və strateji platformadır:
“WUF13-ün Bakıda keçirilməsi ölkəmizə həm siyasi, həm iqtisadi, həm də urbanizasiya baxımından çoxşaxəli və mühüm dividendlər vəd edir. Siyasi baxımdan WUF13 Azərbaycanın beynəlxalq arenadakı "yumşaq güc"ünü daha da möhkəmləndirir. BMT-nin Məskunlaşma Proqramı ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan bu forum Bakını qlobal şəhər diplomatiyasının mərkəzinə çevirir. Dünyanın müxtəlif ölkələrindən gələn dövlət rəsmiləri, merlər və beyin mərkəzlərinin rəhbərləri Azərbaycanın multikulturalizm prinsiplərinə sadiqliyini, sabitlik və təhlükəsizlik adası olduğunu öz gözləri ilə görürlər. Bu, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və haqlı mövqeyinin dünya ictimaiyyətinə bir daha çatdırılması üçün unikal imkandır.
Bu forumun Azərbaycan üçün ən strateji üstünlüklərindən biri — işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən nəhəng quruculuq işlərinin dünyaya təqdim edilməsidir. 30 illik dağıntılardan sonra Qarabağ və Şərqi Zəngəzurda sıfırdan tətbiq olunan "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları, ekoloji təmiz və yaşıl enerji zonalarının yaradılması layihələri WUF13 platformasında münaqişədən sonra bərpanın qlobal etalonu kimi nümayiş etdirilir. Həmçinin Bakının "Bakı Ağ Şəhər" timsalında postsənaye reabilitasiya təcrübəsi müasir urbanizasiyanın ən uğurlu nümunələrindən biri kimi ekspertlərin diqqətinə çatdırılır”.
Millət vəkili əlavə edib ki, forum çərçivəsində dünyanın aparıcı maliyyə institutlarının, investorlarının, memarlıq və tikinti nəhənglərinin Bakıda bir araya gəlməsi ölkəmizin investisiya cəlbediciliyini vizuallaşdırmaq üçün əvəzsiz meydandır:
“Xüsusilə işğaldan azad olunmuş ərazilərdəki yenidənqurma layihələrinə, habelə paytaxtın və regionların yaşıl infrastrukturuna xarici investisiyaların və qabaqcıl texnologiyaların cəlb edilməsi üçün birbaşa biznes əlaqələri qurulur.
WUF13 miqyasına görə minlərlə xarici qonağı eyni vaxtda qəbul edən nəhəng bir platformadır. Bu cür mötəbər tədbirlər Bakının "MICE turizmi" xəritəsindəki liderliyini möhkəmləndirir. Şəhərimizin müasir infrastrukturu, hotelləri, nəqliyyat logistikası və yüksək qonaqpərvərlik mədəniyyəti qlobal miqyasda reklam olunur ki, bu da uzunmüddətli dövrdə ölkəyə turist axınının davamlı artmasına birbaşa təkan verir.
Qeyd olunanlar fonunda birmənalı şəkildə deyə bilərik ki, Bakıda keçirilən WUF13 Sessiyası sadəcə bir neçə günlük konfrans deyil, bu tədbir Azərbaycanın gələcək şəhərsalma strategiyasını beynəlxalq standartlara inteqrasiya edən, ölkəmizin regiondakı liderliyini intellektual müstəvidə də təsdiqləyən və milli maraqlarımızın qlobal səviyyədə müdafiəsinə xidmət edən tarixi bir mərhələdir”.
Mehin Mehmanqızı
14:48 / 07 İyul 2026
1
14:46 / 07 İyul 2026
9
14:31 / 07 İyul 2026
39
14:00 / 07 İyul 2026
58
13:55 / 07 İyul 2026
55
13:52 / 07 İyul 2026
70
13:45 / 07 İyul 2026
67
13:40 / 07 İyul 2026
73
13:36 / 07 İyul 2026
73
13:29 / 07 İyul 2026
74
13:23 / 07 İyul 2026
68
13:15 / 07 İyul 2026
76
13:10 / 07 İyul 2026
985
12:54 / 07 İyul 2026
325
12:53 / 07 İyul 2026
78
12:42 / 07 İyul 2026
82
12:31 / 07 İyul 2026
481
12:25 / 07 İyul 2026
86
12:18 / 07 İyul 2026
162
12:00 / 07 İyul 2026
1914
11:58 / 07 İyul 2026
91
11:52 / 07 İyul 2026
236
11:51 / 07 İyul 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.