Adi baş ağrısı sandığınız xəstəlik HİV çıxa bilər!
02 Fevral 2026, 23:21
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
688
04.02.2020, 15:55
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 14 yanvardan bu günə qədər 10-a yaxın xəstə dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, qısa müddətdə bu qədər ölüm faktının qeydə alınması əhali arasında istər-istəməz bir narahatlıq yaradıb.
Çünki hazırda qlobal təhlükə - koronavirus epidemiyası hökm sürür. Bir çoxları da bu ölüm faktlarının həmin epidemiya ilə bağlı olduğunu düşünür.
Əldə etdiyimiz məlumata görə, qış tətilindən sonra həftənin birinci günündən dərslər başlasa da, bir çox valideyn virus təhlükəsi ilə bağlı övladlarını məktəbə göndərməyib.
Doğrudur, rəsmi olaraq açıqlanıb ki, Azərbaycanda virusa yoluxma ilə bağlı heç bir fakt qeydə alınmayıb. Sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilib və ölkəyə daxil olan hər kəs yoxlanışdan keçirilir. Bu günə qədər hansısa koronavirusa yoluxmuş şəxsin ölkəyə gəlməsi ilə bağlı faktın qeydə alınmadığı açıqlanıb.
Amma son günlər xüsusi ağciyər xəstəlikləri ilə bağlı ölüm faktlarının artması, həmçinin qrip və yüksək hərarətli uşaqların xəstəxanaya müraciətinin sayının artması insanlarda narahatlığa səbəb olub.
Həmçinin oxuyun
Mütəxəssislər insanlara çağırış edərək kütləvi məkanlardan az istifadə etməyə və qoruyucu maskalardan istifadə etməyi məsləhət görürlər.
Bu arada, qeyd etmək lazımdır ki, kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində növbəti dəfə dezinfeksiya işləri görülüb.
Hesab edirik ki, bu tədbirlər avtobus və metroda, orta və ali təhsil ocaqlarında, bağçalarda da aparılmalıdır və vacibdir.
Sonda xüsusilə qeyd edirik ki, ölkədə hansısa koronavirusa yoluxma faktının qeydə alınması iddiası ilə çıxış etmirik. Lakin səbəbi açıqlanmayan ölüm faktlarının çoxalması ilə bağlı narahatlıq ifadə edir və aidiyyətli qurumların zəruri addımlar atması üçün çağırış edirik.
02:50 / 04 Fevral 2026
87
01:36 / 04 Fevral 2026
86
01:25 / 04 Fevral 2026
99
00:55 / 04 Fevral 2026
87
00:41 / 04 Fevral 2026
87
00:26 / 04 Fevral 2026
127
00:01 / 04 Fevral 2026
96
23:40 / 03 Fevral 2026
571
23:35 / 03 Fevral 2026
108
23:35 / 03 Fevral 2026
89
23:32 / 03 Fevral 2026
81
23:28 / 03 Fevral 2026
599
23:22 / 03 Fevral 2026
79
23:16 / 03 Fevral 2026
95
23:12 / 03 Fevral 2026
93
23:06 / 03 Fevral 2026
75
22:54 / 03 Fevral 2026
105
22:46 / 03 Fevral 2026
157
22:41 / 03 Fevral 2026
91
22:36 / 03 Fevral 2026
89
22:32 / 03 Fevral 2026
159
22:29 / 03 Fevral 2026
119
22:19 / 03 Fevral 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.