SON DƏQİQƏ: Bu müharibə veteranlarına pul verilə bilər...
01 May 2026, 13:39
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
780
03.02.2026, 21:19
Orduda təhlükəsizlik və məxfilik tələblərinin gücləndirilməsi fonunda əsgərlərin mobil telefon istifadəsi məsələsi yenidən gündəmə gəlib. Şəxsi smartfonların qadağan olunması, əvəzində isə nəzarətli və məhdud rabitə vasitələrinin tətbiqi mümkün variant kimi müzakirə olunur. Maraqlıdır, bu model Azərbaycan Ordusunda reallaşa bilərmi?
Oxu24.com mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov bildirib ki, dünya praktikasında bu model artıq bir çox ölkələrdə tətbiq olunur. Onun sözlərinə görə, xüsusilə Türkiyə Silahlı Qüvvələrində hərbi hissələrdə və ali hərbi məktəblərdə taksafonlardan geniş istifadə olunur.
“Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılıb. Hazırda bəzi ali hərbi məktəblərdə taksafonlar quraşdırılıb və kursantlar həmin vasitələrdən istifadə edirlər. Gələcəkdə isə bu sistemin bütün hərbi hissələrdə və ali hərbi təhsil müəssisələrində tətbiq olunması nəzərdə tutulur”.
Polkovnik Rövşən Məhərrəmov: "Ali Baş Komandanın bir əmri kifayətdir ki..."
Rövşən Məhərrəmov vurğulayıb ki, hərbi qurumlarda smartfon və şəxsi mobil telefonlardan istifadəyə yol verilməməlidir:
Həmçinin oxuyun
“Əsgərlər xidmətə çağırılarkən xüsusi kartlarla təmin oluna bilər və həmin kartlar vasitəsilə taksafonlardan istifadə edəcəklər. Bu zaman bütün danışıqlar nəzarətdə saxlanılmalı, məxfilik rejimi ciddi şəkildə qorunmalıdır”.
Polkovnik əlavə edib ki, komandirlər və digər vəzifəli şəxslər tərəfindən əsgərlər arasında məxfilik qaydalarına əməl olunması ilə bağlı maarifləndirici tədbirlər də aparılmalıdır.
Onun sözlərinə görə, oxşar təcrübə digər ölkələrin ordularında da mövcuddur və xüsusilə Türkiyədə əsgərlərə paylanan xüsusi kartlar vasitəsilə nəzarətli telefon əlaqəsi təmin edilir.
17:01 / 01 May 2026
1
16:58 / 01 May 2026
6
16:45 / 01 May 2026
26
16:37 / 01 May 2026
28
16:33 / 01 May 2026
33
16:30 / 01 May 2026
40
16:22 / 01 May 2026
253
16:16 / 01 May 2026
85
16:12 / 01 May 2026
36
15:50 / 01 May 2026
521
15:40 / 01 May 2026
55
15:37 / 01 May 2026
54
15:33 / 01 May 2026
44
15:17 / 01 May 2026
47
15:15 / 01 May 2026
204
15:08 / 01 May 2026
119
15:05 / 01 May 2026
63
15:04 / 01 May 2026
130
15:01 / 01 May 2026
53
14:57 / 01 May 2026
59
14:47 / 01 May 2026
169
14:33 / 01 May 2026
747
14:30 / 01 May 2026
280
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.