Ali Məhkəmə yeni qərar qəbul edib
27 Aprel 2026, 14:53
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1092
03.02.2026, 11:09
“Kupçası olmayan evlərə qaz, işıq və su xətlərinin çəkilməsi Azərbaycan qanunvericiliyinə görə qanunsuz hesab olunur. Çünki kommunal xidmətlərin göstərilməsi üçün əsas şərt mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədin olmasıdır. Sənədsiz tikililər hüquqi baxımdan tanınmadığı üçün bu evlərə rəsmi şəkildə kommunal xidmətlərin verilməsi mümkün deyil”.
Oxu24.com xəbər verir ki, bunu Medialoq.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib.
Həmçinin oxuyun
O deyib ki, ölkədə minlərlə vətəndaş illərdir sənədsiz evlərdə yaşayır:
“Məcburiyyətdən gizli yollarla qaz, işıq və sudan istifadə edir. Hüquqi nöqteyi-nəzərdən gizli qoşulma həm inzibati, həm də bəzi hallarda cinayət məsuliyyəti yaradır. Qanunsuz istifadə aşkarlandıqda vətəndaşdan əvvəlcə istifadə etdiyi resursun dəyəri geriyə doğru hesablanır. Bunun üzərinə inzibati cərimə əlavə olunur və yekun məbləğ bəzən minlərlə manata çatır. Praktikada bu cərimələr maksimum 3–5 min manat civarında olur. Əgər qanunsuz qoşulma təkrar haldırsa və ya böyük həcmdə ziyan vurulubsa, məsuliyyət daha da ağırlaşır. Bu cür hallarda vətəndaşın hüquqi müdafiə imkanları xeyli zəifləyir. Hər hansı qəza, yanğın və ya zərər baş verdikdə məsuliyyət birbaşa istifadəçinin üzərində qalır. Bu da illərdir həmin evlərdə yaşayan insanların problemi daha da dərinləşdirir”.
01:07 / 28 Aprel 2026
37
00:07 / 28 Aprel 2026
130
23:26 / 27 Aprel 2026
198
22:44 / 27 Aprel 2026
66
22:42 / 27 Aprel 2026
311
22:42 / 27 Aprel 2026
80
22:32 / 27 Aprel 2026
122
22:26 / 27 Aprel 2026
75
22:13 / 27 Aprel 2026
68
22:09 / 27 Aprel 2026
94
22:01 / 27 Aprel 2026
216
21:56 / 27 Aprel 2026
1519
21:53 / 27 Aprel 2026
84
21:52 / 27 Aprel 2026
60
21:43 / 27 Aprel 2026
360
21:40 / 27 Aprel 2026
74
21:38 / 27 Aprel 2026
84
21:27 / 27 Aprel 2026
97
21:15 / 27 Aprel 2026
175
21:02 / 27 Aprel 2026
99
20:45 / 27 Aprel 2026
74
20:30 / 27 Aprel 2026
244
20:22 / 27 Aprel 2026
209
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.